Browsing author

Elvira Əsgərova

Şokaladların içində gizlədilən qızıl aşkarlanıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları qeyri-adi üsulla gizlədilən qızılın ölkə ərazisindən çıxarılmasının qarşısını alıblar. Bakı–İstanbul aviareysi ilə səfər edən Azərbaycan vətəndaşına məxsus çamadan gömrük nəzarətindən keçərkən şübhəli görüntülər qeydə alınıb. Aparılan yoxlama zamanı onun əl yükündəki 32 ədəd şokoladın içərisində gizlədilmiş, qırıntı formasında hopdurulmuş ümumilikdə 240 qram qızıl aşkar olunub. Hazırda faktla bağlı araşdırma […]

Gənc əsgərlərlə görüşlər müvəqqəti dayandırıldı

Azərbaycan Ordusunda yeni xidmətə başlayan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. Müdafiə Nazirliyinin məlumatına görə, hərbi mühitə adaptasiya dövründə gənc əsgərlərin respirator xəstəliklərə, xüsusən də qrip infeksiyasına yoluxmasının qarşısını almaq üçün hərbi hissələrdə görüşlər müvəqqəti məhdudlaşdırılıb. Nazirlik vətəndaşlara, xüsusilə də gənc əsgərlərin valideynlərinə müraciət edərək, bu məhdudiyyətə anlayışla yanaşmağı və hazırda hərbi […]

Böyük Qayıdış: Hadrut və Badaraya ilk köç karvanı çatdı

Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Xocalı rayonunun Badara kəndinə ilk köç karvanı yola salınıb. Köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir. İlk mərhələdə Badara kəndinə 14 ailə (55 nəfər), Hadrut qəsəbəsinə […]

Lənkəranda narkotik əməliyyatı – 13 kiloqram marixuana ələ keçirildi

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Əvvəllər də oxşar cinayətə görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb. Onun üzərində aparılan yoxlama zamanı sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, Ramazanlı narkokuryerliyə cəlb olunub və marixuananı maddi qazanc […]

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya bazarlarında ticarət əməliyyatlarının nəticəsinə əsasən, Azərbaycan neftinin qiymətində enmə qeydə alınıb. “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,90 ABŞ dolları və ya 1,3% azalaraq 68,12 ABŞ dolları təşkil edib. Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları olaraq götürülüb.

Ermənistan parlamentinin sədri: Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni məhsulları satılacaq

Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana “Tramp marşrutu” üzrə maneəsiz yolun açılması barədə jurnalistlərin sualını cavablandırarkən bildirib ki, artıq skanerlər mövcuddur və maşınlar onlardan keçəcək. Simonyan iki ölkə arasında münasibətlərin tədricən normallaşdığını, lakin hələ yaraların təzə olduğunu qeyd edib:“Gərginlik var, həm bizim, həm də onların tərəfində yaralar hələ sağalmayıb. Söhbət həm də bir-birimizlə üzbəüz ünsiyyətin […]

Bakıdakı tarixi abidədən qanunsuz istifadəyə son qoyuldu

Bakı şəhərində yerləşən tarixi memarlıq abidələrinə keçirilən yoxlamalar zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi 48 ünvanında yerləşən və dövlət tərəfindən qorunan (inventar nömrəsi 3574) hamamın icazəsiz istifadə edildiyi aşkarlanıb. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat verib ki, aparılan araşdırma zamanı təqdim edilmiş icarə müqaviləsinin müddətinin bitdiyi müəyyən olunub. Qanunvericiliyə görə, tarixi və […]

MİQ-də iştirak edənlər nə qədər ödəniş edəcəklər

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub. Qanuna əsasən, müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak ödənişli olacaq. Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, hər il 45 minədək namizəd müsabiqəyə yazılır, lakin 10-12 min nəfər iştirakdan imtina edir. Bu isə əlavə xərclərə səbəb […]

72 mindən çox müəllim maaşı artımla alacaq – Nazir açıqladı

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, gələn ildən bütün fənlər üzrə müəllimlər sertifikatlaşdırmadan keçəcəklər. Tarix, texnologiya, təsviri incəsənət və digər ixtisaslar da imtahan prosesinə daxil ediləcək. Nazir bildirib ki, artıq ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimlərinin sertifikatlaşdırma mərhələsi yekunlaşıb. Onun sözlərinə görə, cari ilin müsahibə mərhələsi bitdikdən sonra […]

MİQ imtahanında kimlər ödəniş verməyəcək?

Müəllimlərin işə qəbulu (MİQ) imtahanı ödənişli olacaq. Lakin qanun layihəsinə əsasən, bəzi şəxslər bu ödənişdən azad ediləcəklər. Milli Məclisin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsinə görə, ilk dəfə imtahanda iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı sosial yardım alan ailə üzvləri, şəhid ailəsi üzvləri, eləcə də ölkənin ərazi bütövlüyü uğrunda […]