İpoteka qanunvericiliyində üstünlük hüququ ilə bağlı yeni dəyişikliklər təklif olunur
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “İpoteka haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Layihədə ipoteka öhdəliklərinin icrasında üstünlük hüququnun tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. Əgər hazırkı qanuna görə bu hüquq yalnız ipoteka saxlayanlar arasında bağlanan müqavilə ilə dəyişdirilə bilirdisə, yeni dəyişikliklərlə belə müqavilələrin notariat qaydasında təsdiqlənməsi və dövlət reyestrində qeydiyyata alınması tələb olunacaq. […]