Browsing author

Elvira Əsgərova

QHT-lər üçün böyük fürsət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edib. Layihə təkliflərinin qəbulu 22 sentyabr 2025-ci il tarixindən başlayıb və 22 oktyabr 2025-ci il tarixinə qədər davam edəcək. Müsabiqələrdə qaliblər 2026-cı ilin birinci rübündə elan olunacaq. Layihələr ekspertiza və təhlil mərhələsindən keçdikdən sonra seçiləcək. Qrant məbləğləri və […]

2026-cı il iqtisadiyyatında ciddi sınaqlar

Maliyyə Nazirliyi 2026-cı ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərini açıqlayıb. Proqnozlara əsasən, iqtisadi artım 2026-cı ildə 2.9 faiz olacaq, lakin 2027-2028-ci illərdə yavaşlamalar gözlənilir. 2029-cu il üçün artım isə 4 faiz proqnozlaşdırılır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, növbəti il iqtisadi artımın əsas drayveri qeyri-neft sektoru olacaq. […]

Rayonlarda ev və torpaq bahalaşır – səbəblər açıqlandı

Azərbaycanda daşınmaz əmlaka, xüsusilə torpaq sahələrinə maraq son illərdə əhəmiyyətli dərəcədə artıb. Əvvəllər alıcıların diqqəti əsasən Bakıya və yaxın ərazilərə yönəlsə də, indi regionlara maraq xeyli güclənib. Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, turistik bölgələrdə fərdi evlər və torpaq sahələrinin qiymətində nəzərəçarpacaq bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, bu prosesin əsas səbəblərindən biri […]

7 azərbaycanlı gənc Küveytdə ali təhsil şansı qazandı

2025/2026-cı tədris ili üçün Küveyt Dövlətinin elan etdiyi təqaüd proqramına Azərbaycan vətəndaşları da qoşulub. Seçim mərhələsinin nəticələrinə əsasən, 7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil almaq hüququ əldə edib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, tələbələr əvvəlcə universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq mərhələsini uğurla başa vuran […]

2600 manatlıq müavinət kimlərə veriləcək? – Yeni QAYDALAR AÇIQLANDI

Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən, Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, həmçinin onların arasından olan şəxslərə 2600 manat məbləğində birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiqləyib. Yeni qaydalara görə, bu vətəndaşlarımız ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikləri zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər. Millət vəkili Vüqar Bayramov […]

Qarabağdakı separatçı məzarları Ermənistana köçürüləcək?

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən 66 separatçı Xankəndi və ətraf rayonlardakı qəbiristanlıqlarda basdırılıb. Ermənistanın sonuncu Qarabağ separatçısı Samvel Şahramanyan jurnalistlərə bildirib ki, ermənilər Qarabağı tərk etdikdən sonra həmin məzarların İrəvandakı “Yerablur” hərbi panteonuna köçürülməsi məsələsi gündəmə gəlib. O qeyd edib ki, bununla bağlı həm Ermənistan hakimiyyəti, həm də Azərbaycan nümayəndələrindən […]

Fransa-Fələstin-İsrail gərginliyi: Bayraqlar, tanıma və sərt addımlar

Fransa ilə İsrail arasında gərginlik sürətlə artır. “Politico”nun mənbələrinə istinadən bildirildiyinə görə, İsrail Fransa tərəfindən Fələstin dövlətçiliyinin tanınması qərarına qarşı sərt tədbirlər görməyə hazırlaşır. Ekspertlərin sözlərinə görə, İsrail “bir neçə variant hazırlayır”, bunlara Fələstin Milli Administrasiyasının fəaliyyət göstərdiyi İordan çayının qərb sahilində ilhaqın sürətləndirilməsi, Fransanın Qüdsdəki konsulluğunun bağlanması və İsraildə Fransaya məxsus ərazilərdə tədbirlər görülməsi […]

Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlara maliyyə dəstəyi

Azərbaycanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar 2600 manat məbləğində birdəfəlik müavinət alacaqlar. Bu qərar Baş nazir Əli Əsədov tərəfindən Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi məqsədilə imzalanıb. Qərara əsasən, müavinət həm ümumi, həm peşə, həm orta ixtisas, həm də ali təhsil müəssisələrini bitirən uşaqlara tətbiq olunacaq. Məbləğ “Valideynlərini itirmiş və valideyn himayəsindən […]

Müharibənin Bədəlini Açıqladı: Ukraynaya 1 İl = 120 Milyard Dollar

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında ölkənin maliyyə vəziyyəti barədə danışıb. Onun sözlərinə görə, müharibənin davam etdiyi hər il Ukraynaya 120 milyard dollara başa gəlir. “Bir ilin qiyməti 120 milyard dollardır. 60 milyard Ukrayna büdcəsidir və biz hələ gələn il üçün əlavə 60 milyard dollar tapmalıyıq. A […]

Rusiyanın yeni hücum dalğası Ukraynanı silkələdi

Ötən gecə Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirib. Prezident Volodimir Zelenskinin sözlərinə görə, ölkə ərazisinə təxminən 90 zərbə dronu göndərilib. Ukrayna ordusu hücumun böyük hissəsini zərərsizləşdirsə də, bir sıra vilayətlər zərər görüb. Dronlar Donetsk, Kiyev, Sumı, Xarkov, Çerniqov və Dnepropetrovsk istiqamətlərini hədəfə alıb. Nəticədə iki nəfər xəsarət alıb, Kiyevdə isə ictimai nəqliyyat infrastrukturu dağıdılıb. […]