Browsing author

Elvira Əsgərova

Qəzzada humanitar proses sürətlənir

Qəzza zolağında gərginlik fonunda mühüm humanitar addım atılıb — HƏMAS israilli girovları azad etməyə başlayıb. İlkin mərhələdə yeddi israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (ICRC) təhvil verilib. Eyni zamanda, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması prosesi də start götürüb. Rəsmilərin məlumatına görə, azadlığa buraxılması nəzərdə tutulan 1 966 məhbus artıq avtobuslara mindirilib. Qəzza zolağında […]

Daha 600-ə yaxın tələbəyə pulsuz təhsil imkanı açıldı

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə görə, bəzi dövlət sifarişli yerlər istifadəsiz qalmışdı. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında ballarına əsaslanaraq boş qalan yerlərə əlavə müsabiqə keçirilib. Nəticədə bakalavriat səviyyəsində 584 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Onların siyahısı müvafiq tədbirlər üçün ali […]

Böyük Qayıdış davam edir: Yeni mərhələdə ailələr işğaldan azad olunmuş ərazilərə köçürülür

Oktyabrın 10-da Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə növbəti köç mərhələsi həyata keçirilib. Bu çərçivədə Ağdamdan Xocalının Təzəbinə və Ballıca kəndlərinə köç karvanı yola salınıb. Bu mərhələdə Ballıca kəndinə 15 ailə – ümumilikdə 53 nəfər, Təzəbinə isə 28 ailə – 126 nəfər yerləşdirilir. Köçürülən ailələr müvəqqəti olaraq yataqxanalarda, sanatoriya və inzibati […]

Təhsil sahəsində yeni qrant müsabiqəsi elan olundu

Elm və Təhsil Nazirliyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” adlı qrant müsabiqəsini açıqlayıb. Bu təşəbbüs Azərbaycanda dövlət qeydiyyatına alınmış və təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını əhatə edir. Qrant müsabiqəsinə qatılmaq istəyən təşkilatlar layihə təkliflərini 27 oktyabr 2025-ci il tarixinədək musabige@edu.gov.az elektron poçtu vasitəsilə təqdim edə bilərlər. Müsabiqə haqqında daha ətraflı məlumat və təlimatlar […]

Ramil Həsən deputatlıq fəaliyyətini başa vurdu

Milli Məclisin deputatı Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib. Bu qərar onun Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) Baş katib seçilməsi ilə əlaqədardır. Məsələ parlamentin bu gün keçirilən iclasında elan olunub.Ramil Həsən iclasda sonuncu dəfə çıxış edərək həmkarlarına təşəkkürünü bildirib.

QHT sektorunda daha bir səs-küylü məhkəmə prosesi

Qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair istintaq çərçivəsində “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmasına başlanılır. İbtidai istintaqın tamamlanmasının ardından iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin olunub. İttiham aktına əsasən, Hafiz Həsənova qarşı Cinayət Məcəlləsinin bir neçə […]

Düşənbədə diqqətçəkən anlar

Tacikistanın paytaxtı Düşənbədə keçirilən danışıqlardan sonra MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında səmimi anlar yaşanıb. “RİA Novosti”nin məlumatına görə, görüş Tacikistan Prezidenti Emoməli Rəhmonun iqamətgahında baş tutub. Dövlət başçıları rəsmi iclasdan sonra qeyri-rəsmi mühitdə bir araya gəliblər. Prezident İlham Əliyev toplantıya ən sonda qoşulub, Vladimir […]

Kiberhiyləgərliyə qarşı xəbərdarlıq

Daxili İşlər Nazirliyi vətəndaşları kibertələlərə qarşı ayıq-sayıq olmağa çağırır. Nazirliyin mətbuat xidmətinin bildirdiyinə görə, dələduzlar zəng, mesaj və ya link vasitəsilə “mütəxəssislər kartınıza müdaxilə edib, vəsaitiniz oğurlanmaq təhlükəsindədir” tipli müraciətlər edərək insanlardan bank kartlarının məxfi məlumatlarını tələb edirlər. Hətta görüntülü zəng etməklə və ya telefonun dilini dəyişdirib təlimatlar verərək insanları aldatmağa çalışırlar. Nazirlik bir daha […]

Yas mərasimlərində yeni qaydalar

Ağdam rayonunda dəbdəbəli yas məclislərinin ləğvi və sadələşdirilməsi barədə qərar qəbul edilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, rayon ərazisində yas mərasimlərinin müddəti cəmi üç gün ilə məhdudlaşdırılacaq və mərasim zamanı isti yeməklər təqdim edilməyəcək. Qeyd edək ki, ölkənin bir sıra bölgələrində artıq oxşar qərarlar qəbul olunub. Daha əvvəl Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, […]

Qəbul imtahanlarında yeni yanaşma

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarını qiymətləndirmə mərhələsi — yəni “speaking” mərhələsi tətbiq etməyi planlaşdırır. Hazırda bu yenilik yalnız magistratura pilləsində nəzərdə tutulub, lakin bakalavr səviyyəsində də oxşar testlərin tətbiqi müzakirə olunur. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, magistratura səviyyəsində “speaking” imtahanının tətbiqi doğru və […]