Browsing author

Elvira Əsgərova

Ermənistan Konstitusiyasında dəyişikliklər gələn il gündəmə gələ bilər

Ermənistan Baş naziri Nikol Paşinyanın gələn il ölkə Konstitusiyasında dəyişikliklər etməyə hazırlaşdığı bildirilir. Bu addım, Azərbaycan Prezidenti İlham Əliyevin tələbi çərçivəsində həyata keçiriləcək. Erməni politoloq Harut Sasunyanın sözlərinə görə, dəyişikliklər aparılmasa, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Onun açıqlamasına görə, sülh prosesi artıq bir sıra mühüm nəticələrə gətirib çıxarıb: Ermənistan Konstitusiyasında yeniliklərin […]

Azərbaycanda əcnəbilərin yaşama icazəsi üçün müraciətlərin sayı artıb

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana müvəqqəti yaşama icazəsi üçün 16 398 əcnəbi müraciət edib. Bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Bildirilir ki, müraciətlərin böyük hissəsi müxtəlif kateqoriyaları əhatə edib. Məsələn, 1 167 nəfər mövcud müvəqqəti yaşama icazəsinin müddətini uzatmaq üçün müraciət edib, 3 818 nəfər isə vətəndaşlıq məsələləri ilə bağlı sorğu verib. Eyni zamanda, […]

Tibb Dünyasında Yenilik

ABŞ-nin Massaçusets Amherst Universitetində çalışan tədqiqatçılar nanohissəciklərdən istifadə edilən yeni bir peyvənd hazırlayıblar ki, bu da xərçəng hüceyrələrinin böyüməsini və yayılmasını əhəmiyyətli dərəcədə maneə törədir. Laboratoriya sınaqlarında peyvənd siçanlarda sınanıb. İlk mərhələdə vaksini alan siçanların 80%-i melanomadan tam qorunmuş, adi peyvənd alan heyvanların isə ömrü 35 gündən artıq olmamışdır. Eyni zamanda, vaksinin tətbiqi ilə ağciyər […]

Böyük Qayıdış Proqramı

Azərbaycanın işğaldan azad edilmiş Ağdam rayonuna yaxın aylarda 900 ailənin qayıdışı planlaşdırılır. Bu barədə məlumatı Xankəndidə keçirilən “III Azərbaycan Milli Şəhərsalma Forumu”nda Prezidentin Ağdam, Füzuli və Xocavənd üzrə xüsusi nümayəndəsi Emin Hüseynov açıqlayıb. O, bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində bölgədə infrastruktur yenidən qurulub və sakinlərin rahat yaşaması üçün bütün hazırlıqlar görülüb. “Gələn ay Ağdama […]

Maliyyə Nazirliyi yeni hesabat açıqladı

2025-ci il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın ümumi dövlət borcu — həm xarici, həm də daxili öhdəliklər daxil olmaqla — 25 milyard 695,6 milyon manat səviyyəsində olub. Bu göstərici ölkənin ÜDM-nin 19,6 faizinə bərabərdir. Məlumat Maliyyə Nazirliyinin hazırladığı “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi” sənədində yer alıb. Nazirliyin hesabatına əsasən, xarici dövlət borcunun […]

Qəzza ilə bağlı yeni təşəbbüs gündəmdə

Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması istiqamətində danışıqlar aparılır.“Politico” nəşrinin məlumatına görə, bu qüvvəyə qoşulmaq üçün əsas namizəd ölkələr arasında Azərbaycan, İndoneziya və Pakistan yer alır. Məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmisinə və keçmiş yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yayılıb. Bildirilir ki, qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələ heç bir ölkə rəsmi öhdəlik […]

Təhsil xəbərləri

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikmiş uşaqların qeydiyyat prosesi bu gün başa çatır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-dək mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini edə bilərlər. Portal vasitəsilə sorğu yerləşdirən valideynlər isə müvafiq […]

Azərbaycan tibbi turizmində yeni dövrə qədəm qoyur

TƏBİB vətəndaşların tibbi xidmətlər üçün xaricə üz tutmaması üçün xəstəxanaların infrastrukturunu gücləndirir, maddi-texniki bazanı təkmilləşdirir və kadr potensialını artırır. Bu barədə II “Azərbaycan Sağlamlıq Turizmi Konfransı”nda TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Murad Mirzəyev məlumat verib. Onun sözlərinə görə, artıq xaricdə təhsil almış azərbaycanlı həkimlər ölkəyə qayıdaraq xəstəxanalarda yüksək səviyyəli tibbi xidmət göstərirlər. Bu təcrübə həm […]

Pekindən Trampa sərt cavab

ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına qarşı ticarət məhdudiyyətləri tətbiq etməsi Pekinin sərt reaksiyasına səbəb olub.Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Syan bildirib ki, Vaşinqtonun Çin mallarından imtina cəhdləri əslində elə ABŞ iqtisadiyyatına zərbə vurur. “Ticarət və rüsum müharibəsində qalib yoxdur. Belə qarşıdurmalar heç bir tərəfin maraqlarına xidmət etmir”, – deyə çinli diplomat vurğulayıb. Onun […]

Polşa XİN-dən səs-küylü açıqlama

Rusiya ilə Ukrayna arasındakı müharibənin yaxın illərdə bitməsi gözlənilmir.Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyanat verib. Nazirin sözlərinə görə, Ukrayna tərəfi qarşıdakı üç il ərzində müharibəni davam etdirməyi planlaşdırır.“Ukraynalılar daha üç il müharibə aparmağı planlaşdırırlar”, – Sikorski bildirib. O əlavə edib ki, Avropa İttifaqı da bu müddət ərzində eyni kursu saxlamağa və Ukraynaya […]