Təyyarə qəzası ilə bağlı araşdırma davam edir
Gürcüstan ərazisində qəzaya düşən C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutusu” araşdırma məqsədilə Türkiyəyə göndərilib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xatırladaq ki, bir neçə saat əvvəl Prezident Rəcəb Tayyib Ərdoğan təyyarənin “qara qutusu”nun tapıldığını açıqlamışdı. Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.