Browsing author

Elvira Əsgərova

İstifadəsiz torpaqlara nəzarət gücləndirilir

Azərbaycanda uzun illərdir məmurlar və nüfuzlu şəxslər tərəfindən hasarlanaraq boş saxlanılan torpaq sahələri yenidən gündəmə gəlib. Əkin üçün yararlı olsa da, illərlə becərilməyən bu ərazilər ölkənin ərzaq təhlükəsizliyinə və kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir. Prezident İlham Əliyev icra başçıları ilə görüşdə torpaqlardan səmərəsiz istifadəyə, qanunsuz zəbt və kateqoriya dəyişikliklərinə sərt reaksiya göstərərək bildirib ki, […]

“ƏDV geri al” genişlənir – Vətəndaşlara daha çox vəsait qaytarılacaq

Gələn ildən vətəndaşların “ƏDV geri al” proqramı çərçivəsində daha çox məbləğ alması nəzərdə tutulur. Vergi Məcəlləsinə bu istiqamətdə təklif olunan dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirədən keçərək plenar iclasa təqdim edilib. Deputat Vüqar Bayramovun sözlərinə görə, yeniliklər qüvvəyə mindikdən sonra “ƏDV geri al” mexanizminin əhatə dairəsi genişlənəcək. Xüsusilə bərbərxana, gözəllik salonları […]

Mingəçevir səhnəsinin əvəzolunmaz aktyoru dünyasını dəyişdi

Azərbaycan mədəniyyəti ağır itki ilə üzləşib. Azərbaycan Respublikasının Əməkdar artisti, Mingəçevir Dövlət Dram Teatrının tanınmış aktyoru, Azərbaycanın Milli Qəhrəmanı Rəşad Mirabovun atası Akif Mirabov 2025-ci il noyabrın 15-də uzun sürən xəstəlikdən sonra vəfat edib. 1947-ci ildə Yevlax rayonunun Xanabad kəndində anadan olan Akif Əhməd oğlu Mirabov sənət fəaliyyətinə 1965-ci ildə Xalq Teatrında başlayıb. 1968-ci ildən […]

MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsi təqdim olundu

16 noyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirilib. Layihə MDU-nun “2030 İnkişaf Strategiyası” və “Yaşıl Kampus” konsepsiyasına uyğun olaraq, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə reallaşdırılıb. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AzVİF-in icraçı vitse-prezidenti Fikrət Hüseynov, MDU-nun […]

Məktəblərdə müəllimlər tamştatlı işçi kimi fəaliyyət göstərəcək – Nazir açıqladı

Azərbaycan məktəblərində müəllimlərin tamştatlı işçi statusu ilə işləməsi ideyası üzərində iş gedir. Hazırda bu konsept konseptual mərhələdədir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, məqsəd müəllimlərin məktəbin tam hüquqlu üzvü olduğunu hiss etmələridir. Tamştatlı müəllim modelində əməkhaqqı ölkə üzrə orta maaşın ən azı iki dəfə yüksək olacaq. Bu yanaşma müəllimlərin dərs saatına bağlı olmayan, […]

Qazaxda mina partlayışı – ANAMA əməkdaşı yaralandı

Noyabrın 17-də Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında piyada əleyhinə mina partlayışı baş verib. Hadisə sərhəd bölgəsində, xidmət vəzifəsini yerinə yetirən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşını əhatə edib. 1988-ci il təvəllüdlü İmamverdiyev Samir Mübariz oğlu mina partlayışı zamanı sağ ayağının topuq nahiyəsindən xəsarət alaraq amputasiya olunub. O, dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi […]

AZAL-da Təhlükəsizlik Yeniləndi

Azərbaycan Hava Yolları (AZAL) 20 noyabrdan etibarən portativ şarj cihazlarının (“powerbank”) təyyarələrdə daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə təyyarə salonunda smartfonların xarici şarj cihazları ilə doldurulması qadağan olunur. Yeni qaydalar litium-ion batareyalarla işləyən cihazların yaratdığı riskləri minimuma endirməyə yönəlib və beynəlxalq mülki aviasiya standartlarına uyğundur. Əsas tələblər: Təyyarə […]

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni standartları təsdiqlədi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobuslarla bağlı yeni tələbləri təsdiqləyib. Nazir Rəşad Nəbiyev tərəfindən imzalanan qərara görə, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi və digər şəhər və rayonlarda müntəzəm sərnişin daşımalarını həyata keçirən avtobuslar müəyyən şərtlərə cavab verməlidir. Avtobuslarda gediş haqqı elektron qaydada ödənilə biləcək, sərnişin sayğacı quraşdırılacaq. Sıxılmış təbii qaz və dizel mühərrikli avtobusların […]

Sadələşdirilmiş vergi sistemi genişlənir – Sahibkarlar üçün böyük imkan

Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə limiti artırılır. Mövcud qanunvericiliyə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manatı keçən sahibkarlar artıq sadələşdirilmiş vergi ödəyə bilmir və ƏDV ödəyicisinə çevrilirlər. Lakin bu məbləğin artırılması uzun müddətdir gündəmdə idi. Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, gələn ildən […]

Üç böyük universitetdə qəbul azalır – Səbəbi nazir açıqladı

Gələcək illərdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universitetində qəbul planının iki dəfə azaldılması nəzərdə tutulur. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev parlament komitələrinin birgə iclasında bildirib. Nazir vurğulayıb ki, məqsəd ali təhsildə keyfiyyəti artırmaqdır. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, […]