Browsing author

Ehtiram Muradov

Mingəçevir avtovağzalının İFLİC vəziyyəti

Mingəçevirdə qanunsuz sərnişin daşımaları şəhər avtovağzalının işini iflic vəziyyətinə salıb. Bizim.Media-nın Mingəçevir bürosunun məlumatına görə, qanunsuz şəkildə işləyən mikroavtobuslar, avtovağzalın rəsmi xətti ilə sərnişin daşıyan sürücülərin çörəyini əlindən alır.  Hətta bu vəziyyət şəhər avtovağzalının fəaliyyətini birbaşa pozaraq sərnişinlərin vağzala axınını da məhdudlaşdırıb. Mingəçevir şəhər avtovağzalının baş dispetçeri Behçət Məmmədov Bizim.Media-ya açıqlamasında problemin pandemiya ilə bağlı yaranmış […]

Fəhlə daşıyan avtobus yük maşını ilə toqquşdu – YARALANANLAR VAR

Mingəçevirdə yük maşını ilə avtobus toqquşub. Bizim.Media-nın məlumatına görə, hadisə  az öncə şəhərin Gəncə şosesində baş verib. “Shacman” markalı yük maşını arxadan “Daewoo” markalı iri tutumlu avtobusa çırpılıb. Qıza nəticəsində müxtəlif bədən xəsarətləri alan yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib. Avtobusda olan bir neçə sərnişinə isə yerindəcə tibbi yardım göstərilib. Əldə olunan məlumata görə, qəzaya uğrayan […]

Mingəçevirdə yanğın: ölən və zəhərlənənlər var

Mingəçevirdə yanğın hadisəsi baş verib. Bizim.Media-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Ş.İ.Xətai küçəsi 11 ünvanında yerləşən binanın 3-cü mərtəbəsində baş verib. Yanğın nəticəsində mənzildə olan  bir kişi tüstüdən zəhərlənərək ölüb. O,  1940-cı il təvəllüdlü şəhər sakini Tərxanov Tofiq Şahlar oğludur. Yanğın zamanı tüstüdən zəhərlənən ikisi azyaşlı, 3-4  böyük olmaqla 5-5 nəfər  xəstəxanaya yerləşdirilib. Bir […]

Xalq artistinin keşməkeşli TALEYİ

1969-cu ildə Mingəçevir Dövlət Dram Teatrının aktrisalardan biri Mingəçevir Doğum Evində səhər saat 5-də dünyaya qız övladı gətirir. Amma həmin gün çoxdan hazırladıqları tamaşanın prmeyerası keçirilməli idi. “Xəyanət andı” adlanan bu tamaşada isə onu əvəz edəcək başqa birisi yox idi: “Rol aldığım tamaşanın son məşqləri zamanı anidən pilləkəndən yıxıldım. Həmin vaxt hamiləliyimin son günlərini yaşayırdım. […]

Qazi bir maşın odun istəyir – İcra başçısı KORONA QORXUSUNDAN onu qəbul etmir

Bizim.Media-nın Mingəçevir bürosunun verdiyi məlumata görə Yevlax rayonunun Xaldan qəsəbəsində yaşayan qazimiz Knyaz Mirzəyev  Yevlax Şəhər İcra Hakimiyyətindən və digər qurumların ona olan biganəliyindən şikayətçidir. Həmçinin Zəfər yürüşü iştirakçısı olan qazi səhhətində ciddi problemlərin  olduğunu, lakin əlillik müavinətini almaqda problemlər yaşadığını bildirib: “Ön xəttdə olduğum döyüş zamanı ağır yaralanmışdım. Amma bir müddət sonra yenidən əməliyyatlarda […]

8 yaşlı uşaq yolu keçmək istəyərkən qəza ilə üzləşdi

Mingəçevirdə 8 yaşlı uşağı maşın vurub. Hadisə Texniki Humanitar Liseyin yaxınlığında baş verib. Yolu keçmək istəyən 2013-cü il təvəllüdlü şəhər sakini Rzazadə Məhəmməd Zaur oğlunu BMW markalı maşın vuraraq, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sağ ayaq nayihəsindən sınıq xəsarətləri  alan uşaq ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Kürün suyu niyə azalır?

Yevlax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Ariz Mikayılovun fikrincə, Mingəçevir Su Anbarı, Kür çayı, Əlican çayı, Yuxarı Şirvan və Qarabağ kanalları, eləcə də digər su hövzələri ilə əhatə olunan və  40,199 min hektar əkin sahəsinə malik Yevlax rayonunda suvarma prosesində bəzi çətinliklər yaranır. Belə ki, relyefin dağlı-düzənli olması suyun başlanğıc nöqtəsinə çatdırılmasında itkilərin yaranmasına səbəb […]

Mingəçevir sakinləri küçələrə şəhid adlarının verilməsini istəyir

Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, ölkənin dördüncü şəhərində hələ də Azərbaycan tarixində müammalı izləri ilə yadda qalan şəxslərin adını daşıyan küçələr mövcuddur. Şəhərin bəzi kənar məhəllələrində İƏ “Birinci paralel”, “5-ci küçə”, “10-cu küçə” yaxud “15-ci küçə” kimi adlandırılan ünvanlar var. Adı “26 Bakı komissarı” arasında yer alan Məşədi Əzizbəyovun adı ilə bağlı paytaxtda küçə metro […]

Şəhid Elmin Əlizadə torpağa tapşırıldı

Dövlət sərhədinin Kəlbəcər istiqamətində erməni təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı 2 gün əvvəl həlak olan Azərbaycan Ordusunun əsgəri Əlizadə Elmin Samir oğlu noyabrın 18-də Mingəçevirdə dəfn edilib. “Unikal”ın məlumatına görə, Elmin Əlizadə Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidin tabutu üzərinə sərilən bayraq onun atasına verilib. Dəfn mərasimi hərbi orkestrin müşaiyəti ilə keçirilib, şəhidin xatirəsinə […]

Mingəçevir su anbarında qanunsuz balıq ovu ilə məşğul olan şəxslər aşkarlanıb

APA-nın Mingəçevir bürosunun məlumatına görə, qanunsuz balıq ovu halları anbarın Mingəçevir şəhəri və Yevlax rayonu ərazisində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının keçirdiyi reydlər zamanı müəyyən olunub. “Ayı buxtası” deyilən su hövzəsində Yevlax rayon sakini Ağakişiyev Orxan Rövşən oğluna məxsus hər biri 140 metr uzunluqda olan iki sintetik tor, “Xanabad” körfəzində Yevlax […]