Browsing author

Ehtiram Muradov

Tofiq Əsgərov 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olundu

Mingəçevir şəhərində fəaliyyət göstərən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. Bu vəzifəyə Tofiq Əsgərov gətirilib. Bu kresloda o, Şahin Əliyevi əvəz edib. Tofiq Əsgərov 2006-cı ildən bəri Mingəçevir Şəhər İcra Hakimiyyətində  çalışıb. 2013-cü ildən isə aparatda baş məsləhətçi işləyib.

Mingəçevirdə suvarma məqsədilə yeni su xətti çəkildi

Bizim.Media-nın məlumatına görə, son mərhələdə 63 diametrli boru xəttinin 1 kilometrlik məsafədə bütün  zəruri texniki şərtləri təlblərə uyğun şəkildə quraşdırılaraq başa çatdırılıb. Boru xətti əsasən Heydər Əliyev prospekti və Nəsimi küçələrinin yaşıllıq zolaqlarını əhatə edib. Bununla da alternativ suvarma xəttinin şəhər üzrə çəkilişləri 22 kilometr məsafəni ötüb. Qeyd edək ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi tərəfindən […]

“Bizi Azərbaycana aparanda elə sevindik ki…” – Mingəçevirdəki alman əsirin hekayəsi

“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”. Bu fikirlər Böyük Vətən Müharibəsində əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb. Villi Deş və yoldaşlarının sonrakı aqibətini sizlərə təqdim edirik: “Biz Bakının yaxınlığında […]

Mingəçevirdə 5 yaşlı qızı alovlar içindən xilas edən kimdir?

“Binanın yanından keçirdim, birdən bir evin pəncərəsindən alov qarışıq tüstünün çıxdığını gördüm. Binanın blokuna girər-girməz bir qadın göz yaşları içində “balam qaldı içəridə, xahiş edirəm, xilas edin”, – deyə üstümə doğru gəldi. Heç nə düşünmədən təcili keçdim içəri…” Bu sözləri 3 gün öncə Mingəçevir şəhəri Axundov küçəsi 15/16 ünvanında yerləşən ikimərtəbəli binada qazsızması nəticəsində baş […]

“Quduzlaşmış qohumundan qorxub özünü pəncərədən atdı”“

“Quduzluq xəstəliyinə yoluxmuş kişi qışqıraraq yanına gəlmiş qohumundan iki əlli yapışmaq istədi, əlindən gücdən qurtulan qohumu qorxusundan xəstəxananın mətbəxinə qaçıb özünü qapalı pəncərəyə çırparaq bayıra atıldı”. Bu olay haqqında Bizim.Media-ya Mingəçevir xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinin müdiri Şəfəq Kərimova danışıb. Hal-hazırda itqapmalarının sayı çoxaldığından bu məsələni bir az diqqət mərkəzinə gətirmək istədik. Çünki əksər vətəndaşlarımız belə hadisələrə o qədər […]

Mingəçevirdə fermadan mal-qara oğurlayanlar saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mal-qara oğurluğu ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə,  şöbəyə müraciət edən ferma sahibi ona məxsus təsərrüfatdan iribuynuzlu heyvanların oğurlandığını bildirib. Hadisəni törədən naməlum şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı üç nəfər Mingəçevir şəhər […]

Mingəçevirdə küləyin fəsadları: 20-dən çox ağac aşdı

Küləkli hava Mingəçevirdə bir neçə ağacın aşmasına səbəb olub. Bizim.Media-nın məlumatəna görə, gecədən başlayan və gün ərzində davam edən güclü külək şəhərin müxtəlif istiqamətlərində fəsadlara yol açıb. Heydər Əliyev prospekti, 20 yanvar, Üzeyir Hacıbəyov, Təbriz və digər küçələrdə qovaq, akasiya və həmişəyaşıl ağacları tam, yaxud qismən gövdəsindən ayrılaraq aşıb. Ümumilikdə 20-dən çox belə hal qeydə […]

Mingəçevirdə narkotik istifadə edən stomatoloqlar saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə istifadə edən şəxslər tutularaq məsuliyyətə cəlb edilib. Bizim.Media Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, şəhər ərazisində yerləşən stomatoloji məntəqədə çalışan diş texniklərinin orada narkotik vasitə qəbul etmələrinə dair polisə əməliyyat məlumatı daxil olub. Həmin obyektə baxış keçirilib və orada müştərilərə xidmət göstərən Rəsul […]

Sosial yardımı kəsilən Mingəçevir sakinindən intihara İNTİHARA CƏHD

Mingəçevir sakini sosial yardımının kəsilməsinə etiraz əlaməti olaraq intihara cəhd edib. Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında Naxçıvan küçəsi 29 ünvanında yerləşən yataqxanada baş verib. İlkin məlumata görə, 1988-ci il təvəllüdlü İsmayılov Ramin Hacıağa oğlu kəsici alətlə özünə xəsarət yetirib. O, sol qol nayihəsinin dərin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə Günəşli masssivində güclü PARTLAYIŞ

Mingəçevir şəhər Günəşli masssivində yerləşən evlərin birində güclü partlayış baş verib. “Unikal”ın əldə etdiyi məlumatına görə, partlayış nəticəsində ev həmin tamamilə yararsız hala düşüb. Ümumilikdə isə 11 evə və həmin ərazidə dayanan “VAZ-2107” markalı avtomobilə zərər dəyib. Hadisə nəticəsində partlayış baş verən evdə 2 nəfər – 1992-ci il təvəllüdlü İlkin Məmmədov və 1966-cı il təvəllüdlü Sevinc […]