Browsing author

Ehtiram Muradov

Mingəçevirdə gənc oğlan çimərlikdə üzündən xəsarət alıb

Mingəçevir su anbarında çimən gənc suya atılarkən xəsarət alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib. 2001-ci il təvəllüdlü Daşkəsən rayon sakini Tağıyev Şamil Şakir oğlu çimərkən sifət nahiyəsindən xəsarət alıb. Məlumata görə, suya atılarkən onun sifəti suyun dibindəki qaya parçasına çırpılıb. Yaralı xəstəxanaya apaılıb.

Prezident İlham Əliyev Mingəçevirə səfər edib

APA TV xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub. Daha sonra Prezidentin iştirakı ilə “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra […]

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan şəxs ev sahibinə xəsarət yetirib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında M. Maqomayev küçəsi 81 ünvanında baş verib. Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb. Vəziyyətin qarət olduğunu anlayan xanımı  qışqıraraq kömək istəyib. […]

Mingəçevir su anbarında suyun səviyyəsi 2,4 m enib

APA-nın Mingəçevir bürosunun məlumatına görə, ötən il bu hədd 73.36 metr idisə, hazırda 71.32 metr təşkil edir. Anbarda azalma davamlı olaraq müşahidə olunur. Təkcə dünən gün ərzində anbarın ümumi su səviyyəsi 3 sm-dək azalıb. Bu durum mənbəyini su anlarından alan Yuxarı Şirvan Kanalı kollektivini qənaət rejimi tətbiq etməyə sövq edib. Kanalın baş mühəndisi Əliqulu Abbasovun […]

Mingəçevirdə minik maşını piyadaları vurdu

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.  APATV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Naxçıvan küçəsində, yanacaqdoldurma məntəqəsi yaxınlığında qeydə alınıb. “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq “Hundai” markalı avtomobilə, daha sonra yol kənarında iş başında olan təsərrüfat işçilərinə çırpılıb. Piyadaları əzib keçən maşın daha sonra müxtəlif maneələrə və dirəyə çırpılaraq yaşıllıq zolağına düşüb. Qəza […]

Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başa çatıb

“Azərbaycan İstilik Elektrik Stansiyasında yenidənqurma işləri başa çatıb”. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, bunu stansiyanın direktoru Təhmasib Hüseynov bildirib. Onun sözlərinə görə, 2018-ci ilin ortalarında stansiyada baş verən qəza hər kəsdə ümidsizlik yaratmışdı. Lakin prezident İlham Əliyevin göstərişi ilə stansiyanın reabilitasiya planına müvafiq olaraq atılan addımlar son nəticədə öz müsbət nəticəsini verib: “Qısa zaman […]

Goranboyda çay evində müştərini it dişləyib

Goranboy şəhərinin çay evlərindən birində ovçarka cinsli it müştərilərdən birinə hücum edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, it müştərinin əl-ayaq nahiyəsinə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Mingəçevirdə avtomobil sürməyi öyrənən şəxs 13 nəfərə xəsarət yetirib

Mingəçevirdə avtomobilin kütləyə çırpılması nəticəsində 10-u uşaq olmaqla, 13 nəfər xəsarət alıb.  APA TV-nin xəbərinə görə, hadisə Mingəçevir şəhərində Şəfa bağlar yaşayış massivində 4-cü küçədə baş verib. Hərəkətdə olan Opel markalı minik maşını idarəetmədən çıxaraq, küçədə Ramazan bayramını qeyd edən əksəriyyəti uşaqlar olan sakinləri vurub. Zərərçəkənlərin yaxınlarının sözlərinə görə, qəzanı avtomobil sürməyi öyrənən qadın sürücü […]

Mingəçevirdə qadın əri tərəfindən bıçaqlanıb

Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb. Bu barədə APA-nın Mingəçevir bürosu məlumat yayıb. Hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib. 1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, beş bıçaq zərbəsi alan İki uşaq anasının həyatını qurtarmaq mümkün olmayıb. Faktla bağlı […]

Mingəçevirdə iş adamının evinə basqın edilib

Mingəçevirdə oğurluq üçün evə soxulan şəxslər ev sahiblərinə ağır xəsarət yetiriblər. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Puşkin küçəsi 37 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Evə oğurluq məqsədilə girən qarətçilər 1952-ci il təvəllüdlü ev sahibi Məhəmməd Allahverdiyevə və 1960-cı il təvəllüdlü Rəna Allahverdiyevaya dəmir alətlərlə ağır xəsarət yetirib. Hər iki yaralı […]