Browsing author

Ehtiram Muradov

Mingəçevirdə yaşayış binası yanıb

Mingəçevirdə yaşayış binasında yanğın olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarlnda N.Nərimanov küçəsi 40 ünvanında beşmərtəbəli binanın birinci mərtəbəsində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürən briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb. Yanğın zamanı mənzildə olan 1952-ci il təvəllüdlü Hüseynova Sürayə Duman qızı və 1973-cü il təvəllüdlü Hüseynov Xudaverdi Tofiq oğlud […]

Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat doğru deyil

Dünən bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntülər həqiqəti əks etdirmir. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumata görə, kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin […]

Şuşa uğrunda şəhid olan 20 yaşlı xüsusi təyinatlı əsgər

20 yaşlı Elcan Əfsəddin oğlu Abbasov ailənin iki oğul övladından biri idi. Ömrü qısa, amma şərəfli məqamlarla zəngin oldu. APA TV-nin yerli bürosunun xəbərinə görə, Elcan 23 sentyabr 2000-ci ildə Mingəçevirdə doğulmuşdu, istedadlı qarmon ifaçısı idi. Uşaq yaşlarından güləşlə məşğul idi. Məhz fiziki göstəricilərinə görə həqiqi hərbi xidmətinin son dönəmlərində Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə cəlb edilmişdi. […]

Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb

Xocalı rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı  Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində  gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə  regional qrupundan APA-ya verilən məlumata görə, dərhal […]

Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verə qəza ilə bağlı məlumat yayıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytlına istinadən verdiyi məlumata görə, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə çırpılıb. Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini […]

Mingəçevirdə yaşadıqları ünvanları tərk edən COVID-19 xəstələri aşkar olunub

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “Mercedes”markalı avtomobilin sürücüsünün COVID-19 xəstəsi olduğunu aşkar ediblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Goranboy rayon sakini karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. O, Mingəçevir şəhərinə […]

Görüntüsü sosial şəbəkədə yerləşdirildi, üstəlik də döyüldü

Mingəçevirdə 36 yaşlı kişi döyülüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə  gecə saatlarında 6 saylı orta məktəbin yaxınlığında baş verib. Belə ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Məmmədov Mehman Zöhrab oğlu naməlum şəxs tərəfindən döyülüb. Göz, burun və qol nayihəsindən ağır xəsarət alan M.Məmədov xəstəxanaya yerləşdirilib. Məlum olub ki, zərərçəkən şəhər bazarlarından birində fəhlə işləyir. İlkin […]

Mingəçevidrə iki avtomobil toqquşub, xəsarət alanlar var

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. “Hyundai” markalı minik avtomobili “Ford” markalı maşınla toqquşub. İlkin məlumata görə, qəza nəticəsində biri azyaşlı olmaqla 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevir sakini dərmandan zəhərlənib

Mingəçevir şəhərində qadım dərmandan zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Vidadi küçəsində qeydə alınıb.1987-ci il təvəllüdlü Məmmədova Leyli Cəlal qızı normadan artıq dərman preparatı qəbul edərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Əldə edilən məlumata görə, adıçəkilən şəxs bir neçə gün öncə də zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda oğurluq edən qrup üzvləri saxlanılıb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində noyabr ayında şirkətə məxsus təmir-tikinti alət və avadanlıqları oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, noyabrın 18-də Yevlax RPŞ-yə “Kaskad Hidro” şirkətinə məxsus 6000 manat dəyərində təmir-tikinti alət və avadanlıqlarının oğurlanması barədə məlumat verilib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən […]