Browsing author

Ehtiram Muradov

Mingəçevirdə minik maşını dirəyə çırpılıb, bir nəfər xəsarət alıb

Mingəçevir şəhərinin Heydər Əliyev prospektində – Yüksək Texnologiyalar Parkı ilə Avtovağzal yolunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, idarəetmədən çıxan “VAZ”  markalı avtomobil işıq dirəyinə çırpılıb. Avtomobil sonra yaşıllıq zolağa girərək iki ağacı yararsız vəziyyətə salıb. Qəza nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Hüseynov Fuad Niyam oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Mingəçevirdə dəm qazdan zəhərlənmə hadisəsi baş verib

Mingəçevirin Bağlar yaşayış massivi, “14-cü küçə” ünvanında dəm qazdan boğulma hadisəsi qeydə alınıb. APA -nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1966-cı il təvəllüdlü Abbasov İlqar Ağasəf  oğlu yaşadığı ünvanda dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən və infeksiyanın yayılmasına şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olan şəhər sakini Anar Əliyevə ev şəraitində müalicə təyin edilməsinə və sanitar-karantin qaydaları izah olunmasına baxmayaraq o, yaşadığı ünvanı tərk […]

Mingəçevirdə avtomobil qaz borusuna çırpılıb

Mingəçevirdə minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaz borusuna çırpılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Samux küçəsində baş verib.1990-cı il təvəllüdlü sürücü Əzimli Sahil Nüsrət oğlunun idarə etdiyi “BMW” markalı minik maşını yol kənarındakı maneələrə, o cümlədən qaz borusuna çırpılıb. Qəza zamanı xəsarət alan sürücüyə hadisə yerində tibbi yardım göstərilib. İlkin məlumata görə, […]

Mingəçevir şəhərində ağır yol qəzası baş verib

Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında Naxçıvan küçəsində qeydə alınıb. Energetik yaşayış massivindən şəhər mərkəzi istiqamətində hərəkət edən “Opel” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb və aşaraq yaxınlıqdakı yaşayış evinin divarına dəyib. Qəza zamanı sürücü və iki sərnişin xəsarət alıb. Hər üç yaralı xəstəxanaya […]

Gənc zabitin birinci övladı 2021-ci ildə Mingəçevirdə doğulan ilk oğlan uşağıdır

2021-ci il yanvarın 1-nə keçən gecə Mingəçevir xəstəxanasında ilk doğulan qız olub, ardınca isə ilin ilk oğlan uşağı dünyaya gəlib. Ona Turan adı verilib. Bu körpə mingəçevirli  gənc zabit Elmin Sadıqovun ilk övladıdır. Dövlət Sərhəd Xidmətində vəzifə borcunu yerinə yetirən leytenant övladına ad seçimi edərkən ailəsinin sevincinə bir də vətənpərvər duyğularını bəxş edib. Uşağın anası […]

Mingəçevirdə avtomobil ana və iki övladını vurub

Mingəçevirdə avtomobil Bakı sakini olan ana və iki övladını vurub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında M.Maqomayev küçəsində baş verib. Anidən önünə çıxan avtomobillə toqquşmadan yayınmaq istəyən minik maşını Bakı sakini olan ana və iki azyaşlı övladını vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ətrafdakıların köməkliyi ilə 1987-ci il təvəllüdlü Abdullayeva Samirə Elman qızı, onun […]

“Samux vadisi”nə gələnlər polis şöbəsinə aparıldılar

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər-kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini  Fuad […]

Yevlax-Balakən avtomagistralında yol qəzası olub, xəsarət alanlar var

Balakən-Xaldan avtomobil yolunun Yevlaxın Xanabad kəndi yaxınlığından keçən hissəsində Yevlax-Oğuz-Şəki yol dairəsi ətrafında yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “VAZ 2103” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılıb. Qəza nəticəsində maşında olan və müxtəlif bədən xəsarətləri alan Göyçay sakinləri -1999-cu il təvəllüdlü Cəbrayılov Cavid Ağahüseyn oğlu və 1987-ci il təvəllüdlü Sultanov […]

Mingəçevirdə 64 yaşlı velosipedçi qəzaya uğrayıb

Mingəçevirdə maşın velosipedçini vurub. APA-nın  Mingəçevir bürosunun məlumatına görə hadisə axşam saatlarında Gəncə şosesində baş verib. Yevlax rayon sakini idarə etdiyi VAZ 21 06 markalı minik maşını ilə hərəkətdə olan yaşlı velosipedçini vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib. 1956-cı il təvəllüdlü yaralı velosipedçi Mustafayev Sadiq Qiyas oğlu xəstəxanaya yerləşdirilib.Onun kələ beyin travması aldığı və ayaq nahiyəsindən […]