Browsing author

Ehtiram Muradov

Mingəçevirdə karantin qaydalarını pozan idman zalı aşkarlanıb

Mingəçevir şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 20 Yanvar küçəsində yerləşən “Herakl” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu müəyyən edilib. İcarədar, Yevlax rayon sakini Natiq İsmayılov xüsusi karantin rejimi […]

Mingəçevirdə avtomobil yanıb

Ağdaş sakininə məxsus “Opel” markalı maşın yanıb.  APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə Mingəçevir Xəstəxanasının həyətində qeydə alınıb. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Mingəçevirdə qadın özünü Kürə atıb

Mingəçevirdə intihara cəhd olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Ağdaş sakini, 1992-ci il təvəllüdlü Ə.L. özünü körpüdən Kür çayına atıb. Ətrafdakı insanların köməyi ilə qadın xilas edilərək xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

Mingəçevirdə kütləvi dava olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir qrup şəxs arasında düşən davada 3 nəfər bıçaqlanıb. Bıçaq xəsarətləri alan – 1986-cı il təvəllüdlü İbişov Çingiz İsmayıl oğlu, 1985-ci il təvəllüdlü Məmmədov Ramin Əliheydər oğlu və 1980-ci il təvəllüdlü Əmirov Elçin Aydın oğlu xəstəxanaya yerləşdiriliblər. Hadisənin səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə müştərilərə qəlyan verən çay evi cərimələnib

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən qərar və göstərişlərin icrası ilə əlaqədar polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Arena” çay evində karantin qaydalarının […]

Qarabağ döyüşlərində itkin düşmüş hərbçimizin nəşi tapılıb

İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edən və müharibə bitsə də, axtarışları aylardır davam edən daha bir döyüşçümüzün nəşi tapılıb. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, itkin kimi axtarışda olan 1998-ci il təvəllüdlü hərbi qulluqçu Aslanov Bəxtiyar İlqar oğlunun cənazəsi Murov dağın Ağbaba yüksəkliyində aşkar olunub. Şəhid döyüşçü əslən Şuşa şəhərindəndir […]

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə […]

Mingəçevirdə heroin satan ana və oğlu saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən ana və oğlu saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə,  daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlər nəticəsində Mingəçevir şəhər sakinləri Arzu Əliyeva və oğlu, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə […]

Ağdaş sakini sirkə turşusundan zəhərlənərək ölüb

Ağdaşda sirkə turşusundan zəhərlənən qız xəstəxanada dünyasını dəyişib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mərhum 2001-ci il təvəllüdlü Ağdaş rayon sakini Əminə Xankişiyevadır. Hadisə Ağdaş rayonu ərazisində baş versə də, ölüm faktı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Qız yaşadığı ərazidə naməlum səbəbdən sirkə turşusu içərək zəhərlənib. Ağır vəziyyətdə olan xəstə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. […]

Mingəçevir sakini dəm qazından zəhərlənib

Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.  APA-nın yerli bürosunun məlumatına görə, hadisə bağlar yaşayış massivində baş verib. 1952-ci il təvəllüdlü Vəliyev Nəriman Hacımməd oğlu yaşadığı fərdi təsərrüfatda dəm qazından zəhərlənib. Zəhərlənən şəxs xəstəxanaya yerləşdirilib.