Browsing author

Ehtiram Muradov

Yevlaxda dövlət əmlakını oğurlayan şəxslər tutulub

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Yevlax Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində Azərbaycan Dəmiryolları QSC-yə məxsus yüksək gərginlikli elektrik keçiricilərini (drossel tağlarını) oğurlayan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, mart ayının 10-da daxil olmuş məlumat əsasında Yevlax st. Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata […]

Yevlax sakinindən tapança götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Bayram Qurbanov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 […]

Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb

Mingəçevirdə çağırışa gedən təcili yardım maşını qəzaya düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bağlar yaşayış massivi 8-ci döngədə baş verib. “Vaz 2106” markalı minik avtomobili ilə İlqar Sadıxovun idarə etdiyi təcili yardım maşınını toqquşub.  Hər iki avtomobilə ciddi ziyan dəyib, ambulans yarasız vəziyyətə düşüb. Qəza zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə yaşayış binasında yanğın olub

Mingəçevirdə yaşayış binasında yanğın qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında N.Nərimanov küçəsində yerləşən 8 saylı binanın 3-cü mərtəbəsində baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölməsi tərəfindən  lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Mincəçevirdə 10-cu sinif şagirdi itkin düşüb

Mingəçevirdə 10-cu sinif şagirdi itkin düşüb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, dünən günorta saatlarında Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı Rayon Polis Şöbəsinə məlumat verilib. R. Abbasovun atası Məhərrəm Abbasovun verdiyi məlumata gör, oğlu dünən M.Ə.Sabir […]

Mingəçevirdə bir gündə 4 avtomobil qaçıran keçmiş məhkum saxlanılıb

Mingəçevirdə üç “VAZ 2106” markalı avtomobilin naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığı barədə Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, polis əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-istintaq  tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də bir neçə dəfə məhkum olunmuş, Mingəçevir şəhər sakini Ceyhun Nəsirov tutularaq […]

Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad olunub

8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsindən azad olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Regional İdarənin rəisi  Fazil Şükürov öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub. Onun yerinə hələ ki, yeni təyinat yoxdur. Faktı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya təsdiqləyiblər.

Yevlaxda yol qəzasında 2 nəfər ölüb

Yevlaxda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax-Bərdə avtomobil yolunda, Bərdə postuna yaxın ərazidə qeydə alınıb. Bərdə istiqamətdən hərəkətdə olan “VAZ 2106” markalı avtomaşın “Great Wall” markalı digər minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 2106”-da olan iki nəfər hadisə yerində dünyasını dəyişib. Digər avtomobildə olan qadın, bir uşaq […]

Daha bir məktəb koronavirusa görə bağlanıb

Mingəçevirdə 1 saylı tam orta məktəbin fəaliyyəti dayandırılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, məktəbdə tədris proqramı koronavirus səbəbindən müvəqqəti olaraq onlayn sistemdə keçiriləcək. Qeyd edək ki, bir qədər əvvəl məktəbin 9-cu sinif  şagirdlərində koranovirus infeksiyası aşkarlanmışdı. Bununla əlaqədar həmin sinfə məhdudiyyət tətbiq edilmişdi. Koronavirus infeksiyasının digər şagirdlərə yayılmasının qarşısını almaq məqsədilə məktəb üzrə tədrisin onlayn keçirilməsi […]

Goranboyda nənə və nəvə qazdan zəhərlənib

Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakürd kəndində baş verib. 1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası […]