Browsing author

Ehtiram Muradov

Mingəçevirdə qadın dəm qazından boğulub

Mingəçevirdə qadın dəm qazından boğularaq ölüb.APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Aydın Məmmədov küçəsi 8/5 ünvanında yerləşən mənzillərdən birində qeydə alınıb. Orada yaşayan, 1987-ci il təvəllüdlü Bayramzadə Əfsanə İlyas qızı hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub

8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə yeni rəis təyin olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, bir müddət öncə öz ərizəsinə əsasən vəzifəsindən azad olunan idarə rəisi Fazil Şükürovun əvəzinə yeni təyinat olub. 8 saylı Mingəçevir Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Rafiq Ədilov rəis təyin edilib. Qeyd edək ki,  bundan öncə Rafiq Ədilov […]

Mingəçevirdə mikroavtobus piyadanı vurub

Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib. “Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü  Məmmədova Zemfira Məmməd qızını vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Yevlaxda keçmiş məhkumlardan narkotik və silah götürülüb

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb. Mustafayevin ətrafında […]

Mingəçevirdə kişi özünü Kürə atıb

Martın 22-də Mingəçevirdə intihara cəhd olub. APA-nın yerli bürosunun məlumatına görə, bu, 1954-cü il təvəllüdlü şəhər sakini Bayramov Qəzənfər Əlləz oğludur. Q. Bayramov xəstəxanada həkim nəzarəti altındadır. Qeyd edək ki, batmaqda olan kişini iki gəzinti qayığını idarə edən şəxslərin çevik müdaxiləsi nəticəsində xilas etmək mümkün olub. Qayıqçılar Qardaşəli İmanov və Fərid Əkbərovun birgə səyi nəticəsində Q. Bayramov […]

Yevlaxda maşın kanala aşıb, xəsarət alanlar var

Yevlaxda yol qəzası olub. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Salahlı kəndi istiqamətində baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri idarəetmədən çıxaraq yol kənarındakı kanala düşüb. Hadisə nəticəsində 4 nəfər -1992-ci il təvəllüdlü Məmmədli Vüsal Nəbi oğlu, 1981-ci il təvəllüdlü Cabbarova Səadət Siyavuş qızı, 2003-cü il təvəllüdlü Cabbarova Sənəm və 2004-cü […]

Mingəçevirli Vətən Müharibəsi qazisinin nigah mərasimi baş tutub

APA TV-nin yerli bürosunun xəbərinə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan qazi Naftalan, Mingəçevir və Bakı şəhərində üç dəfə cərrahi əməliyyat olunub. Hələ də bədənində qəlpə gəzdirən əsgər martın 17-də Asan Xidmət Mərkəzində Mingəçevir Dövlət Universitetinin xarici dil müəllimliyi fakültəsində birgə təhsil aldığı Nigar Məhərrəmova ilə ailə həyatı qurub. Qeyd edək ki, nigah mərasiminə […]

Mingəçevirə qar yağdı, ağaclar yollara aşdı

Qarlı hava Mingəçevirdə fəsadlara yol açıb.APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, gecədən səhərə qədər yağan güclü qar çoxsaylı problemlər yaradıb. Belə ki, şəhərin İslam İslamzadə, Nəriman Nərimanov küçələrində, eləcə də, Aydın Məmmədov küçəsi ilə 20 yanvar küçələrinin kəsişməsində iri gövdəli ağaclar qoparaq nəqliyyat yoluna və piyadalar üçün nəzərdə tutulmuş səkilərə düşüb. Nəticədə nəqliyyatın hərəkətində ciddi problemlər […]

Yevlaxda avtomobil sürüşərək arxa düşüb

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Hacıselli-Xaldan avtomobil yolunda “Toyota” markalı minik maşını sürüşərək yoldan çıxıb və su arxına  düşüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Günəşli massivində toqquşan avtomobillər yoldan çıxaraq məktəbin hasarına çırpılıb

Mingəçevirin Günəşli yaşayış massivində “Mersedes” markalı maşın “VAZ 2106” markalı avtomobillə toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetməni itirib, yoldan çıxaraq 20 saylı orta məktəbin  dəmir hasarına çırpılıb. Mi-news.az-ın  məlumatına görə,  “VAZ 2106” markalı avtomobillə taksi xidməti göstərən 1988-ci il təvəllüdlü sürücü Yusifov Müzəffər Akif oğlu hadisə zamanı müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. […]