Browsing author

Ehtiram Muradov

Goranboyda qaçırıldığı bildirilən yeniyetmə qız evlərinə qaytarılıb

Goranboyda yeniyetmə qızın qaçırıldığı barədə məlumat yayılıb. APA-nın yerli bürosunun məlumatına görə, valideynləri Goranlı kəndinin 14 yaşlı sakini olan qızlarının evlənmək məqsədilə qaçırılması ilə bağlı polisə müraciət ediblər. Daxili işlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov APA-nın sorğusuna cavab olaraq bildirib ki, müraciət araşdırılıb və qızın öz istəyi ilə sevdiyi oğlanın evinə getdiyi […]

Mingəçevirdə aptek işçisini döyərək mobil telefonunu əlindən alıblar

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə  axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini  Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Faktla bağlı […]

Mingəçevir sakini naməlum şəraitdə bıçaqlanıb

Mingəçevir sakini bıçaq xəsarəti alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivində baş verib. 1985-ci il təvəllüdlü şəhər sakini Haqverdiyev Fazil Hüseyn oğlu naməlum şəraitdə qarın nahiyəsindən kəsici alətlə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilərək cərrahi əməliyyat olunub. Hadisənin hansı zəmində baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə koronavirus xəstəsi saxlanılıb

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini  Elman Məmmədov COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, sanitar-karantin qaydalarını kobud şəkildə pozub və yaşadığı ünvanı […]

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə çimərliyə gedən yol istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, “Opel” markalı minik maşını şəhər sakini, 1940-cı il təvəllüdlü Süleymanova Adilə Əli qızını vurub. Ayaq nahiyəsindən xəsarət alan qadın hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. İlkin tibbi yardımdan sonra yaralının durumu stabilləşib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə motosiklet dirəyə çırpılıb, sürücü ölüb

Mingəçevirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə “Dəli Kür” restoranının yaxınlığında qeydə alınıb. İdarəetmədən çıxan motosiklet yol kənarındakı dirəyə çırpılıb. Hadisə nəticəsində nəqliyyat vasitəsini idarə edən, 1975-ci il təvəllüdlü Nehmətov Arif Səməndər oğlu aldığı xəsarətdən ölüb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə restoranda toy edənlər cərimələnib

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə “Çinar” restoranında sanitar-gigiyena və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, obyektin sahibi Rəşad Bəşirova əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb. Polislər tərəfindən […]

Mingəçevir Texniki Humanitar Liseyi distant təhsilə keçib

Mingəçevir şəhərindəki liseydə tədris distant təhsilə keçirilib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, kollektiv arasında COVID-19 infeksiyasına yoluxma hallarının qeydə alınması səbəbindən Mingəçevir Şəhər Texniki Humanitar Liseyində tədris distant şəkildə davam etdiriləcək.

Mingəçevirdə bir ay əvvəl itkin düşmüş yeniyetmənin meyiti Kürdə tapılıb

Mingəçevirdə Kür çayında meyiti tapılan şəxsin kimliyi məlum olub. APA-nın yerli bürosunun xəbərinə görə, həmin şəxs 16 yaşlı Abbasov Ruslan Məhərrəm oğludur.  Qeyd edək ki, Mingəçevir şəhər 9 saylı orta məktəbin 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü Abbasov Ruslan Məhərrəm oğlu martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onun atası Məhərrəm Abbasov həmin […]