Browsing author

Ehtiram Muradov

Yevlaxda minik maşını aşdı, sürücü…

Yevlaxda minik maşını aşıb. Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisində köhnə nəqliyyat körpüsü yaxınlığında baş verib. 31 yaşlı Hüseynov Mətləb Haqverdi oğlunun idarə etdiyi “Priora” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Mingəçevirdə daha bir məktəb distant təhsilə keçib

Mingəçevirdə daha bir məktəb müvəqqəti olaraq distant təhsilə keçib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 6 saylı şəhər orta məktəbinin kollektivi arasında koronavirus infeksiyasının qeydə alınması səbəbindən təhsil ocağında ənənəvi tədris müvəqqəti olaraq dayandırılıb. Bundan sonra məktəbdə tədris distant qaydada aparılacaq.

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. APA-nın Mingəçevir bürosunun məlumatına görə publik hüquqi müəssisənin direktoru Könül Ələkbərov tutduğu vəzifədən azad olunaraq paytaxtın tibb müəssisələrindən birinə təyinat alıb. Mingəçevir Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Məzahir Yusifov da daxili əmrlə tutduğu vəzifədən azad edilib. Hər iki vəzifəyə hələlik təyinat olmayıb.

Yevlaxda avtomobil 11 yaşlı qızı vuraraq öldürüb

Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərində 7 saylı tam orta məktəbin yaxınlığında baş verib. “VAZ” markalı avtomobil 2009-cu il təvəllüdlü şəhər sakini Şahverdili Zəhra Elbrus qızını vuraraq öldürüb.

Goranboyda azyaşlını it dişləyib

Goranboyda 6 yaşlı uşağı it dişləyib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Qızılhacılı qəsəbəsində baş verib. 2015-ci il təvəllüdlü qəsəbə sakini Məmmədov Yusif Teymur oğlu itin hücumuna məruz qalıb. Çoxsaylı dişlək xəsarətləri ilə xəstəxanaya çatdırılan yaralı uşağın vəziyyəti hazırda görülən tibbi yardım sayəsində stabilləşib. Daha sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Sumqayıt sakini Mingəçevirdə özünü su anbarına atıb

Sumqayıt sakini Mingəçevirdə intihara cəhd edib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Mingəçevir Su Anbarı ərazisindəki çimərlikdə baş verib. 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini İsayev Fəxrəddin İsa oğlu özünə qəsd məqsədilə özünü su anbarına atıb. Sahildə olan FHN dalğıc xilasetmə qrupunun sayıqlığı nəticəsində intiharın qarşısı alınaraq özünü öldürmək istəyən şəxs sahilə çıxarılıb. Daha sonra həmin […]

Su hövzələrindən qanunsuz balıq torları yığışdırılıb

Mingəçevir və ona bitişik su hövzələrindən qanunsuz balıq torları yığışdırılıb. Aldığımız  məlumata görə,  Su nəqliyyatı polisi Mingəçevir xətt polis məntəqəsi əməkdaşları 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ilə birgə qanunsuz balıq torlarının yığışdırılması məqsədilə su hövzəsində reyd keçirib.Aparılan müşahidə və əməliyyat tədbirləri nəticəsində Mingəçevir Su Anbarından 1500. Kür çayı ərazisindən isə 150 […]

Mingəçevirdə usta işlədiyi evdə qəfildən dünyasını dəyişib

Mingəçevir şəhərində usta işlədiyi həyətdə ölüb.  APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə balıq zavodu yaxınlığındakı fərdi təsərrüfatlardan birində baş verib. Həmin ünvandakı tikilidə usta kimi çalışan 1959-cu il təvəllüdlü şəhər sakini Məhyəddinov Gülağa Gülməmməd oğlu iş başında qəfil keçinib. Əldə edilən məlumata görə, mərhum ürək xəstəliyindən əziyyət çəkirmiş.

Mingəçevirdə intihara cəhdin qarşısı alınıb

Mingəçevirdə çimərlik yolu üzərindəki fərdi təsərrüfatlardan birində intihara cəhd hadisəsi baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1985-ci il təvəllüdlü Abdullayeva Aişən Nazim qızı ailə münaqişəsi zəminində özünü yaşadığı evin həyətində asaraq öldürməyə cəhd edib. Hadisədən tez xəbər tutan yaxınları onu həmin an ölümdən qurtarıb. Qadın xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə aptek işçisinin mobil telefonunu əlindən alan şəxs tutulub

Mingəçevir sakininə qarşı soyğunçuluq edilib. APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında 2002-ci il təvəllüdlü şəhər sakini Həsənzadə Taleh Əmrah oğlu çalışdığı aptekdən evinə gedərkən tanımadığı şəxs tərəfindən saxlanılıb. Həmin şəxs T.Həsənzadəni döyərək ona müxtəlif bədən xəsarətləri yetirib. Həmçinin, hadisəni törədən şəxs onun mobil telefonunu zorla əlindən alaraq ərazidən uzaqlaşıb. T.Həsənzadə xəstəxanaya yerləşdirilib. Zərərçəkənin […]