Browsing author

Ehtiram Muradov

Mingəçevirdə güclü külək nəticəsində elektrik enerjisinin ötürülməsində fasilə yaranıb

Güclü külək Mingəçevirdə fəsadlara yol açıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, mayın 9-da axşam saatlarında güclənən külək Dilarə Əliyeva, Üzeyir Hacıbəyov küçələri, Sağ sahil yaşayış massivi və digər ərazilərdə tam və ya qismən iri ağacları yola aşırıb. Bəzi istiqamətlərdə enerji xətləri zədələnib. Bu səbəbdən Günəşli yaşayış massivi, Sağ sahil yaşayış ərazisi və mərkəzi bazar yaxınlığındakı ərazilərdə […]

Mingəçevirdə 13 min manatlıq kabel oğurlayan şəxslər saxlanılıb

Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri – əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa […]

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib. Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər […]

Goranboy sakinini əqrəb sancıb

Goranboy rayon sakinini əqrəb sancıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboyun Nizami kəndində baş verib. 1976-cı il təvəllüdlü kənd sakini Rəhimova Nübar Fariz qızı təsərrüfatda çalışarkən əlini əqrəb sancıb. Xəstəxanaya yerləşdirilən qadına lazımi tibbi yardım göstərilib.

Özünü öldürmək üçün bu addımı atdı

Yevlaxda ruhi xəstə özünü maşının altına atıb. Lent.az-ın məlumatına görə hadisə Bakı-Qazax magistralında,Yevlax şəhərinin Bayraq meydanı yaxınlığında baş verib . Ruhi xəstə olduğu deyilən 44 yaşlı rayon sakini Əhmədov Ramin Knyaz oğlu qəfildən özünü hərəkətdə olan “Ford” markalı mikroavtobusun altına atıb. O, sonra yaralı vəziyyətdə ərazidən uzaqlaşmağa çalışıb. Faktla bağlı araşdırma aparılır.

Mingəçevirdə minik maşını mikroavtobusla toqquşub

Mingəçevirdə yol qəzası baş verib, xəsarət alanlar var. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, Xaldan şosesinə çıxış istiqamətində baş verib. “VAZ-21099” markalı minik maşını yük daşıyan kiçik tutumlu “Ford” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 3-nə yerindəcə yardım edilib. İki qadın sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla […]

Yevlaxda 32 yaşlı qadın sirkə turşusundan zəhərlənib

1989-cu il təvəllüdlü kənd sakini İsmayılova Günel Şəmil qızı naməlum şəraitdə sirkə turşusu içərək zəhərlənib. Xəstəxanaya çatdırılan qadın reanimasiya şöbəsinə yerləşdirilib. Qeyd edək ki, sirkə turşusu içən qadın iki uşaq anasıdır. Hadisənin başvermə səbəbləri məlum deyil.Faktla bağlı araşdırma aparılır. Lent.az

Mingəçevirdə yaşayış binasında qaz partlayışı olub

Mingəçevirdə mənzildə qaz partlayışı olub yaralanan var. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə bir qədər əvvəl baş verib. Belə ki, hadisə Nəriman Nərimanov küçəsi 41 saylı yaşayış binasının 39-cu mənzilində baş verib. Vanna otağında qaz cihazı partlayıb. Aidiyyatı qurum təmsilçiləri qapını açaraq köməksiz vəziyyətdə qalan 1984-cü il təvəllüd Məmmədova İlahə Məhəmməd qızını təhlükəsiz sahəyə çıxarıb və […]

Mingəçevirdə minik maşını yanıb, sahibi xəsarət alıb

Mingəçevirdə minik maşını yanıb, sahibi yanıq xəsarətləri alıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Səməd Vurğun meydanı yaxınlığında baş verib. Belə ki, 1955-ci il təvəllüdlü usta Vəliyev Vəli Şakir oğlu öz avtomobilində təmir işləri apararkən maşın qəfil alovlanıb. Hadisə yerinə gələn FHN-nin yanğınsöndürmə briqadası yanğını söndürüb və maşının digər hissəsini yanğından mühafizə edib. Hadisə zamanı maşının sahibi olan […]