Browsing author

Ehtiram Muradov

Azərbaycanda azyaşlı qızı it dişlədi

Goranboyda 11 yaşlı qızı it dişləyib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndində baş verib. Kənd sakini Həsənova Suğra Asif qızı qəfildən sahibsiz itin hücumuna məruz qalıb. Sol bud nayihəsindən xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub və zəruri tibbi yardım göstərilib.

Goranboyda oğurluq edən keçmiş məhkumlar tutuldu

Goranboyun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA TV-yə verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları – əvvəllər də məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış […]

Dovşanlarına yem toplamaq istəyi baha başa gəldi

Dovşanlarını yemləmək üçün otlaq ərazisindən bitki toplayan kişini əqrəb sancıb. Lent.az-ın yerli bürosunun məlumatına əsasən, hadisə Goranboy rayonunun meşəlik ərazisində baş verib. Belə ki, həmin ərazidən keçərkən avtomobilini saxlayıb bəslədiyi dovşanlar üçün yem toplamaq istəyən Tural Zeynalov xəstəxanalıq olub. 34 yaşlı rayon sakininin ot yığan əlini əqrəb sancıb. Xəstəxanaya çatdırılan yaralının durumu görülən zəruri tədbirlər […]

Goranboyda minik maşını traktora çırpılıb, 3 nəfər xəsarət alıb

Goranboy rayonunda minik maşını traktora çırpılıb, xəsarət alanlar var. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy- Qızılhacılı avtomobil yolunda baş verib. “Passad” markalı minik maşını qarşıdan gedən traktora çırpılıb. Qəza nəticəsində Tərtər rayon sakini, 1955-ci il təvəllüdlü Nərgiz Zeynallı, Bakının Novxanı qəsəbə sakini, 1963-cü il təvəllüdlü Narxanım Əliyeva və Ağdam rayon sakini, 2011-ci il təvəllüdlü […]

Goranboyda oğurluq edən şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Boluslu kəndində oğurluq edən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Məmmədov, tanışları- əvvəllər məhkum olunmuş Qüdrət Cəfərov və Ruslan Məmmədovla qabaqcadan əlbir olaraq, yaxın qohumuna məxsus fərdi yaşayış evinə qeyri-qanuni […]

Qonşular arasında kütləvi dava

Mingəçevirdə qonşular arasında mübahisə davaya çevrilib. Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında “Bağlar” yaşayış massivi, 7-ci küçədə fərdi təsərrüfatlardan birində baş verib. Əlbəyaxa dava zamanı bir ailənin 3 üzvü – ata, ana və onların qızları döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 1988-ci il təvəllüdlü Yadigarova Zeynəb Yaqub qızı xəstəxanaya yerləşdirilib. Z.Yadigarovun valideynlərinə isə xıstəxana şəraitində tibbi […]

Mingəçevir sakini mübahisə zəminində bıçaqlanıb

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb. APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə şəhəri mərkəzi stadionu yaxınlığındakı çayxanada baş verib. Mübahisə zəminində 2004-cü il təvəllüdlü şəhər sakini Mərdanov Elmin Vüsal oğlu bıçaqlanıb. Baldır nahiyəsindən xəsarət alan yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Qadın 3-cü mərtəbədən yıxıldı

Mingəçevirdə bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, hadisə N.Nərimanov küçəsi, 41 ünvanında yerləşən binada qeydə alınıb. 1984-cü il təvəllüdlü Məmmədova İlahə Məhəmməd qızı binanın 3-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı xəsarətlər alan qadın ağır durumda  xəstəxanaya yerləşdirilib.

Güclü külək Mingəçevirdə 50-yə qədər ağacı aşırtdı

Dünən axşam saatlarından başlayan güclü külək Mingəçevir şəhərində bir sıra fəsadlara səbəb olub. APA TV-nin Mingəçevir bürosu xəbər verir ki, şəhərin Vaqif, Nəriman Nərimanov, Təbriz, Səməd Vurğun, İsmət Qayıbov, Dilarə Əliyeva və digər küçələrində, ilkin hesablamalara görə, əlliyə qədər ağac aşıb. Külək ağacları nəqliyyat vasitələrinin, yaşayış və inzibati binaların, qarajların, hasarların üstünə, yollara aşırıb. Nəticədə […]