Browsing author

Aynur Araz

“Natiq Qasımovun irsi ilə Zəfərə” adlı intellektual bilik yarışı keçirilib

Aprelin 11-də Mingəçevir şəhərində yerləşən Natiq Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində IX-XI sinif şagirdləri arasında keçirilən təkcə bilik yoxlaması deyildi – bu, həm də şagirdlərin milli ruhda tərbiyəsi və ideoloji maarifləndirmənin canlı nümunəsi idi. Təhsil və milli ideya – biri digərindən ayrı deyil 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Natiq Səlim […]

“GreenLife” layihəsi uğurla həyata keçirilib

Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə müxtəlif ekoloji mövzularda təlimlər keçilib. Layihə çərçivəsində aşağıdakı mövzu və alt mövzular əhatə olunub: 1: Ətraf mühitin qorunması və davamlı inkişaf Ekoloji problemlərin qlobal təsirləri; Davamlı inkişaf məqsədləri (SDG-lər); Ətraf mühitlə bağlı hüquq və qaydalar. 2: İqlim dəyişikliyi və enerji resursları İqlim dəyişikliyinin səbəbləri və təsirləri; Alternativ enerji mənbələri və […]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov tələbələrlə görüşüb

  NDU TƏLƏBƏLƏRİ İLƏ MARAQLI GÖRÜŞ: “GƏLƏCƏK GƏNCLƏRLƏ GƏLƏCƏK” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,  Şərur şəhər Fizika-Riyaziyyat təmayüllü liseydə riyaziyyat fənnini tədris edən Əli Abbasov Naxçıvan Dövlət Universitetinin (NDU) tələbələri ilə səmimi görüş keçirib. Görüşün məqsədi tələbələrin bilik səviyyəsini artırmaq, onları maraqlandıran sualları cavablandırmaq və gənclərə perspektiv imkanlar barədə məlumat vermək olub. Tədbir xüsusilə kitablarla […]

Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbində “Ustad Dərsi” keçirilib

Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsi”nin qalib layihələrindən olan “ART-Studio” layihəsinin növbəti mərhələsi çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbində xüsusi ustad dərsi təşkil edilib. Layihə komandasının əsas məqsədi xalq sənətinin yaşadılması, xüsusilə dulusçuluq (gil qabların hazırlanması) kimi qədim peşənin yeni nəsillərə ötürülməsidir. Bu məqsədlə məktəbdə yaradılmış “ART-Studio”da dulusçuluq […]

“Riyaziyyat—elə bir dildir ki, bu dildə təkcə elm və texnologiya danışmır, riyaziyyat insanın sivilizasiya dilidir” adlı forum keçirilib

Riyaziyyatın sivilizasiyaya açılan pəncərəsi Azərbaycanın ümumi təhsil sahəsində aparıcı istiqamətlərdən olan riyaziyyat fənninin əhəmiyyətini vurğulamaq üçün Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Təhsil sektorunun təşkilatçılığı ilə “Riyaziyyat—elə bir dildir ki, bu dildə təkcə elm və texnologiya danışmır, riyaziyyat insanın sivilizasiya dilidir” adlı forum keçirilib. 29 dekabr 2024-cü il tarixində baş tutan tədbir, əvvəlcədən elan […]

Xaldan kənd kompleks tam orta məktəbində iki yeni qrant layihəsinin təqdimatı keçirilib

Elm və Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 8-ci qrant müsabiqəsi” çərçivəsində qalib seçilən iki yeni layihənin təqdimat mərasimi baş tutub. Mərasim Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yexlax rayon sektoru nəzdində fəaliyyət göstərən Xaldan kənd kompleks tam orta məktəbində gerçəkləşib. Tədbirdə media nümayəndələri, layihə tərəfdaşları, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər iştirak […]

İstedadlı gənclərimizi tanıyaq

Qabil Yusifovla müsahibə Qabil ilk öncə səni tanıyaq: Erkən yaşlardan parlayan istedadınız barədə eşitmişik. Bilirik ki, 5 yaşınızda artıq iki dildə – Azərbaycan və rus dillərində oxuyub-yazırdınız. Bu qədər erkən formalaşan maraq və istedad sizə gələcək təhsilinizi necə asanlaşdırdı? Uşaqlıqdan iki dildə yazıb-oxuma bacarığına sahib olmaq düşüncələrimin, söz ehtiyatımın daha geniş formalaşmasına kömək etdi. Bu, […]

“Effektiv Ünsiyyət Bacarıqları” layihəsi başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondu maliyyə dəstəyi ilə icra edilən “Effektiv Ünsiyyət Bacarıqları” layihəsinin icrası başa çatıb. Xanım Məmmədovanın rəhbərlik etdiyi “Effektiv Ünsiyyət Bacarıqları” layihəsinə Quba şəhərində yaşayan altmışdan çox gənc cəlb edilib. Gənclərə üç modul üzrə təlimlər keçirilib. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır – 2023” fərdi qrant müsabiqəsinin […]

Mingəçevir İcma İnkişaf Mərkəzi və MDU Bir Könüllü tərəfindən “Könüllülük və Ekologiya” təlimi keçirilib

Mingəçevir İcma İnkişaf Mərkəzi və MDU Bir Könüllü tərəfindən könüllülər üçün xüsusi bir təlim keçirildi! Təlimçi Müşfiq Tarıverdiyev tərəfindən təşkil edilən bu təlimdə “Könüllülük və Ekologiya” mövzusu ətraflı müzakirə edildi. Təlim zamanı iştirakçılar: – Könüllülük və ekologiya arasındakı sıx əlaqə haqqında məlumat əldə etdilər. – Ətraf mühit problemlərinin həllində könüllülərin rolu və imkanlarını öyrəndilər. – […]

“Peşəmiz Gələcəyimizdir!” layihəsi uğurla tamamlandı!

02-05 oktyabr tarixlərində həyata keçirilən "Peşəmiz Gələcəyimizdir" adlı layihə uğurla yekunlaşıb. Layihə çərçivəsində iştirakçılara müxtəlif sahələrdə peşə bilikləri, bacarıqlar və əmək bazarında uğur qazanmaq üçün zəruri olan təcrübələr öyrədilib. Dörd gün ərzində keçirilən tədbirlər zamanı iştirakçılar praktiki məşğələlərdə iştirak edib, təcrübəli mütəxəssisdən faydalı məsləhətlər alıb və peşəkar inkişaf üçün motivasiyaedici sessiyalar dinləyiblər. Layihə gənclərin öz […]