Browsing author

Aynur Araz

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Mərkəzi Aran da tədbir keçirilib. Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, Yevlax Şəhər İcra Hakimiyyətinin rəsmiləri, idarənin əməkdaşları, məktəb rəhbərləri, müəllimlər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov çıxışında müəllimlərin milli kimliyin, vətənpərvər ruhun və müasir biliklərin formalaşmasındakı […]

Mingəçevir Dövlət Universitetində 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü tədbiri keçirilib

2025-ci ilin 3 oktyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Universitetin ikinci tədris binasının həyətində təşkil olunan tədbirdə MDU-nun akademik-inzibati heyəti, professor-müəllimləri, tələbə və magistrantları iştirak ediblər. Tədbir Ümummilli Lider Heydər Əliyev və ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, […]

Müasir idarəçilik sistemində inklüzivlik və onun sosial-iqtisadi əhəmiyyəti

Müasir informasiya cəmiyyətində idarəçilik sisteminin durmadan təkmilləşdirilməsi fövqəladə aktuallıq kəsb edən çox mühüm məsələlərdən biridir. Məhz idarəçilik sisteminin düzgün təşkili bu sahədə fəaliyyətin keyfiyyətli təmin edilməsində həlledici faktor hesab olunur. Bu səbəbdən təşkilat və müəssisə rəhbərləri idarəçilik sisteminin daim qabaqcıl idarəçilik texnologiyaları ilə təmin və təchiz edilməsini menecmentin prioritet məsələsi hesab edir və bu sahəyə […]

Mingəçevir Dövlət Universiteti (MDU) 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi bu il də elm, təhsil və mədəniyyət ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkənin kitab sənayesində ən nüfuzlu tədbirlərdən biri sayılan sərgidə Mingəçevir Dövlət Universiteti fəal şəkildə təmsil olunur. MDU-nun sərgi stendində universitetin elmi nəşrləri, müəllim və tələbələrin qələmə aldıqları […]

“Böyük Qayıdış” Gənclər Təşkilatı Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib. Təşkilat tərəfindən Vətən müharibəsində qazadığımız qələbəyə həsr olunan Zəfər abidəsinə ziyarət, Azərbaycan Dövlət Pedaqoji Universitetində “Anım və qürur günü” adlı tədbir, Vətən müharibəsi qazilərinin və Azərbaycan Könüllülərinin iştirakı ilə “Könüllü qəhrəmanlar” adlı görüş, Qayıdış Könüllülərinin və üzv gənclərin iştirakı […]

Rektor Anar Eminov MDU-nun sonuncu kurs tələbələri ilə görüşüb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov bakalavriat səviyyəsi üzrə sonuncu kursda təhsil alan tələbələrlə görüşüb. Görüşün əsas məqsədi tələbələrin istehsalat təcrübəsi prosesinə, tədris nailiyyətlərinə və gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparmaq olub. Rektor çıxışında istehsalat təcrübəsinin tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsində mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, universitet rəhbərliyi tələbələrin […]

MDU-da elmi-praktik seminar: Su ehtiyatlarının davamlı idarə olunması

25 sentyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrasının təşkilatçılığı ilə “Su ehtiyatlarının davamlı idarə olunması” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda MDU-nun Mühəndislik fakültəsinin professor-müəllim heyətinin üzvləri, tələbə və magistrantlar iştirak ediblər. MDU-nun Fizika və Ekologiya kafedrasının müdiri Təranə Yusibovanın moderatorluğu ilə keçən tədbirin açılışında universitetin Elm və innovasiyalar şöbəsinin müdiri […]

İnkişafYolu.az – Gənclərin şəxsi və peşəkar inkişafına dəstək platforması

Azərbaycan gənclərinin inkişafına töhfə vermək məqsədilə yeni bir rəqəmsal layihə təqdim olunur – İnkişafYolu.az. Bu innovativ veb platforma, gənclərin şəxsi və peşəkar bacarıqlarını artırmaq, təhsil imkanlarını genişləndirmək və karyera hədəflərinə çatmalarına dəstək göstərmək üçün hazırlanır. Layihənin təşəbbüskarı Mustafayeva Nigar Vüqar qızı bildirir ki, İnkişafYolu.az gənclərə öz inkişaf yolunu planlamaq və iş dünyasına daha hazırlıqlı addım […]

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

Müasir dövrdə ali təhsilin yalnız nəzəri biliklərlə məhdudlaşmaması, eyni zamanda praktik və tətbiq yönümlü bacarıqların formalaşdırılması istiqamətində inkişaf etdirilməsi zərurətə çevrilib. Bu kontekstdə ali təhsil müəssisələri ilə sənaye müəssisələri, dövlət qurumları və biznes strukturları arasında əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət qazanır. Belə əməkdaşlıq təhsil prosesinin praktik yönümlü olmasını təmin etməklə yanaşı, elmi biliklərin istehsalat təcrübəsi […]

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün keçirilən qrant müsabiqəsinin nəticələri elan edilib. “Mİ-NEWS.az ” xəbər verir ki, qrant müsabiqəsinin qalibləri arasında Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndələri də var. Qrant müsabiqəsində uğur qazanan Mingəçevir Dövlət Universitetinin əməkdaş, tələbə və məzunları ilə görüş təşkil olunub. Gəncləri təbrik edən […]