Türkiyədəki dəhşətli partlayış 4 can aldı çox sayda insan yaralandı.
Türkiyənin turistlik məkanı sayılan İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində güclü partlayış olub. Baş verən partlayış nəticəsində ölən və yaralananların sayı medyaya açıqlanıb. 4 nəfərin öldüyü 38 nəfərin yaralandığı partlayışın səbəbi məlum olmasada, istintaq çərçivəsində Baş Prokurorluq tərəfindən 5 dövlət ittihamçısı təyin edilib. Qeyd edək ki, rəsmi məlumatlara görə, yaralılardan bəzilərinin vəziyyəti ağırdır.