Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ATƏT-in Minsk Qrupu rəsmi fəaliyyətini dayandırır

Dekabrın 1-dən etibarən bütün əlaqəli strukturlar bağlanacaq

7

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib ki, ATƏT-in Minsk Prosesi və onun əlaqəli strukturları dekabrın 1-dən gec olmayaraq fəaliyyətini dayandıracaq. Bu barədə o, İrəvanda Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla birgə təşkil olunmuş mətbuat konfransında məlumat verib.

Valtonen vurğulayıb ki, ATƏT regionda və xüsusilə Ermənistanda sülhün qorunmasına dəstək verməyə hazırdır. Qeyd edək ki, sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesinin və əlaqəli strukturlarının bağlanması ilə bağlı qərar qəbul etmişdi.

Qərara əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladığı birgə müraciət məktubu və 8 avqust 2025-ci ildə Vaşinqtonda baş tutmuş Azərbaycan–Ermənistan görüşünün nəticələri nəzərə alınaraq, Minsk Prosesinə və əlaqəli bütün fəaliyyətlərə xitam verilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.