Astarada 10 aylıq körpə ölüb
Körpənin valideynləri zəhərlənmə şübhəsi ilə sodalı su verib
Astara rayonunun Siyəkü kəndində 2024-cü il təvəllüdlü Elcan Taleh oğlu Həsənzadə 10 aylıq yaşında dünyasını dəyişib.
Valideynləri körpənin bədən hərarətinin yüksəlməsini zəhərlənmə ilə əlaqələndirərək ona sodalı su veriblər. Hali pisləşən körpə əvvəlcə Şürük kənd xəstəxanasına, sonra isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.