Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Antarktidada Tveits buzlağında seysmik aktivlik artır – alimlər xəbərdarlıq edir

Yüzlərlə zəlzələ nəticəsində buzlağın çökməsi sahil ölkələrində 0,6–3 metr hündürlüyündə daşqınlara səbəb ola bilər

744

Antarktidanın Tveits buzlağında yüzlərlə zəlzələ qeydə alınıb və bu buzlağın çökməsi ciddi fəlakətlərə yol aça bilər.

Bu barədə “Futurism” məlumat yayıb.

Avstraliya Milli Universitetinin seysmoloqu Tan Son Fam 2010-2023-cü illər arasında bölgədə ümumilikdə 362 əvvəl qeydə alınmamış seysmik hadisəni aşkarlayıb. Hadisələrin əksəriyyəti Qərbi Antarktidadadır, xüsusilə Tveits və Pine-Aylənd buzlaqlarında. Qeyd edək ki, Pine-Aylənd də böyük buz kütləsi ilə tanınır.

Famın araşdırmasına görə, 362 zəlzələdən 245-i birbaşa Tveits buzlağında baş verib. Elm adamı bildirir ki, bu zəlzələlər əsasən nəhəng buz kütlələrinin qopub okeana sürüşməsi nəticəsində yaranır.

Yeni tədqiqatlar göstərir ki, Tveits buzlağı gözləniləndən daha həssasdır. Mütəxəssislər hesab edirlər ki, dünya hökumətlərinin qlobal istiləşməyə qarşı səyləri bu buz kütləsinin qorunması üçün kifayət etməyib.

Tveits buzlağının çökməsi yalnız okeana böyük su kütləsinin axmasına səbəb olmayacaq, həm də Qərbi Antarktida şelf buzlağının üzərində tıxac kimi dayanaraq, digər buzların sürüşməsini əngəlləyir. Bu tıxac aradan qalxdıqda sahil bölgələrində 0,6–3 metr hündürlüyündə dağıdıcı daşqınlar baş verə bilər.

Ekoloqlar xəbərdarlıq edirlər ki, Antarktidanın əriməsi nəticəsində bir sıra sahil ölkələri su altında qala bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.