Ankaradan açıqlama: “İrana hücum planı” iddiası əsassızdır
Müdafiə Nazirliyi ABŞ-nin mümkün zərbəsi halında Türkiyənin hücuma hazırlaşdığı barədə yayılan xəbərləri təkzib etdi
Türkiyənin Müdafiə Nazirliyi ABŞ-nin İrana zərbə endirəcəyi təqdirdə Ankaranın da hücuma hazırlaşdığı barədə yayılan məlumatları təkzib edib. Bu barədə nazirliyin sözçüsü Zəki Aktürk açıqlama verib.
O bildirib ki, bəzi xarici media qurumlarında və sosial şəbəkələrdə yer alan iddialar həqiqəti əks etdirmir. Aktürkün sözlərinə görə, Türkiyənin əsas mövqeyi regiondakı münaqişələrin sülh yolu ilə həllinə nail olmaq və uzunmüddətli sabitliyi təmin etməkdir.
Sözçü əlavə edib ki, mümkün risklərin qarşısının alınması məqsədilə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə lazımi tədbirlər həyata keçirilir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.