Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ANAMA əməkdaşı Xocalıda minaya düşdü

Əməkdaş sol əlindən və üz nahiyəsindən xəsarət alıb, vəziyyəti qənaətbəxşdir

52

Bu gün işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndində mina partlayışı baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib ki, partlayış zamanı agentliyin əməkdaşı, 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb.

Hadisə nəticəsində əməkdaşın sol əli və üz nahiyəsində zədələr yaranıb. Çobanov Vasif dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir və həyati təhlükə yoxdur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.