Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ali Məhkəmə bədən toxunulmazlığı hüququ və estetik-tibbi xidmətlərdə zərərin kompensasiyasına dair mövqeyini açıqladı

Qərarda tibbi yardım və estetik prosedurlar zamanı hüquqların qorunması, razılıq və məsuliyyət prinsipləri izah olunub

94

Ali Məhkəmə artan estetik əməliyyatlar fonunda bədən toxunulmazlığı hüququnu dəqiqləşdirib. Məlumata görə, bu hüquq insanın doğulduğu andan malik olduğu, toxunulmaz və fundamental hüquqlardan biridir.

2025-ci il dekabrın 24-də qəbul edilən “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarı bədən toxunulmazlığına müdaxilənin qanuni şərtlərini müəyyən edib. Hüquqa yalnız şəxsin açıq razılığı, qanuni əsas və ya üstün ictimai mənafə hallarında müdaxilə mümkündür. Zədələnmiş və ya qanuna, əxlaqa zidd razılıq qəbul edilmir.

Qərarda tibbi xidmət və estetik əməliyyat zamanı hüquqların pozulması hallarında məsuliyyət məsələləri də izah olunub. Tibbi xidmət zamanı normal standartlara riayət edilməsinə baxmayaraq qarşısı alınmayan zərərdən həkim və ya müəssisə məsul deyil. Estetik əməliyyatlar isə müqavilə öhdəliyi əsasında qiymətləndirilir; nəticə gözlənildiyi kimi olmadıqda, zərər tibbi xidmət deyil, müqavilə pozuntusu hesab olunur.

Qərara əsasən, hər hansı pozuntu zamanı zərərçəkən kompensasiyanı həm tibb müəssisəsindən, həm də həkimdən tələb edə bilər. Zərəri müəssisə ödəyərsə, ona qarşı əmək qanunvericiliyinə uyğun reqres tələb hüququ yaranır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.