Ailə münaqişəsi faciə ilə nəticələndi
Mingəçevirdə 35 yaşlı qadın ağır bıçaqlanıb, həyat yoldaşı saxlanılıb
Mingəçevirdə ailə münaqişəsi qanla bitib. Hadisə şəhərin Energetiklər yaşayış massivində, Yadigar Mənsurov küçəsində yerləşən binanın qarşısında baş verib.
1991-ci il təvəllüdlü Aytən Bəkirova çoxsaylı bıçaq xəsarətləri alıb. Onun sifət, qol və qulaq nahiyələrinə ağır zərbələr endirilib. Yaralı qadın komatoz vəziyyətdə təcili olaraq xəstəxanaya çatdırılıb.
İlkin məlumatlara görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qadının həyat yoldaşı Tural Bəkirov hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.