Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Aİ Ukraynaya maliyyə dəstəyini artırır

Avropa Parlamenti Ukraynaya 90 milyard avro kredit ayrılmasını təsdiqlədi

79

Avropa Parlamenti Ukraynaya 2026–2027-ci illəri əhatə edən dövr üçün 90 milyard avro məbləğində kredit ayrılmasına razılıq verib. Qərar xüsusi əməkdaşlıq mexanizmi çərçivəsində qəbul edilib.

Avropa Parlamentinin rəsmi məlumatına əsasən, səsvermə zamanı təşəbbüs 499 deputat tərəfindən dəstəklənib, 135 nəfər əleyhinə çıxıb, 24 deputat isə bitərəf qalıb.

Qeyd olunur ki, Macarıstan, Çexiya və Slovakiya bu maliyyə paketində iştirakdan imtina etdikləri üçün razılaşma Avropa İttifaqının “genişləndirilmiş əməkdaşlıq” adlanan proseduru vasitəsilə həyata keçirilib. Bu mexanizm Aİ-yə üzv ölkələrin hamısının iştirakı olmadan müəyyən sahələr üzrə birgə qərar qəbul etməsinə imkan verir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.