Ağdamda yeni iş imkanları – “Araz” əmək yarmarkası təşkil etdi
10-dan çox vakansiya və karyera fürsətləri təqdim olunan tədbirdə iştirakçılar həm iş, həm də məşğulluq proqramları barədə məlumat alıblar
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Dövlət Məşğulluq Agentliyi ilə birgə Ağdam şəhərində geniş əmək yarmarkası keçirib.
Tədbir çərçivəsində iştirakçılara Ağdamda açılması planlaşdırılan yeni “Araz” mağazasında 10-dan çox vakansiya təqdim olunub. Satıcı, kassir, satıcı-bişirici, mal qəbul edən və digər sahələr üzrə namizədlərin qeydiyyatı aparılıb və ilkin seçim mərhələsi gerçəkləşdirilib.
Yarmarka zamanı iştirakçılara həm Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramları və onlardan yararlanma yolları, həm də “Araz” supermarketlər şəbəkəsində iş imkanları, karyera perspektivləri barədə ətraflı məlumat verilib.
Qeyd olunur ki, “Araz” şəbəkəsi ölkədə məşğulluğun artırılmasına mühüm töhfə verir və hazırda 13.000-dən çox şəxsi işlə təmin edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.