Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ağbənd-Kəlalə körpüsünün tikintisi Novruz bayramına qədər tamamlanacaq

İran rəsmisi bildirib ki, körpüyə çıxan yol dörd zolaqlı olacaq və Azərbaycanla İran arasındakı münasibətlər müsbət dinamikada inkişaf edir

88

Bakıda səfərdə olan İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə brifinqdə bildirib ki, Araz çayı üzərində salınan Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisi Novruz bayramına qədər yekunlaşdırılacaq. Hazırda körpüyə çıxan yolun dörd zolaqlı olması üçün işlər davam etdirilir.

Diplomat həmçinin ölkələrimiz arasındakı münasibətlərin inkişaf dinamikasından danışıb. O qeyd edib ki, rəsmi Tehran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir:
“Hazırda avtomobil yolunun genişləndirilməsi və dörd zolaqlı edilməsi sürətlə aparılır. Azərbaycanla İran arasındakı əlaqələr müsbət yöndə inkişaf edir. Xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşlərimdə birgə layihələrin irəliləməsi müzakirə olunub. İran Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyir və həmçinin Azərbaycanla Ermənistan arasında hər iki tərəfin maraqlarına xidmət edən ticari-iqtisadi təşəbbüsləri dəstəkləyir,” – deyə Cəlalzadə əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.