Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ vitse-prezidentinin İrəvana səfəri çərçivəsində görüş

Vaaqn Xaçaturyan ABŞ vitse-prezidenti Cey Di Venslə regionda sülh və ikitərəfli əməkdaşlığı müzakirə edib

38

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İrəvanda görüş keçirib. Ermənistan Prezident Administrasiyasının yaydığı məlumata görə, görüş zamanı regionda dayanıqlı sülhün təmin olunmasının əhəmiyyəti xüsusi vurğulanıb. Xaçaturyan ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Görüşdə, eyni zamanda, yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əməkdaşlığın genişlənməsinə və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə mühüm təsir göstərdiyi qeyd olunub.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.