Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ vitse-prezidentinin Azərbaycana səfəri dünya mediasının diqqətində

Səfər zamanı Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb, regional sülh və iqtisadi əməkdaşlıq mövzuları geniş işıqlandırılıb

103

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfəri dünya mediasının diqqət mərkəzindədir. Səfər zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb və Azərbaycan Prezidenti İlham Əliyev Venslə birgə mətbuata bəyanat verib.

Bəyanatda regional sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlığın gücləndirilməsi, həmçinin Azərbaycanın ərazi sularının qorunması və yeni tranzit dəhlizlərinin yaradılması planları barədə məlumat verilib. Media qurumları – “Associated Press”, CNN, “The Washington Post”, Reuters, AFP, TASS, RBK və digər beynəlxalq xəbər agentlikləri səfəri geniş işıqlandırıb.

Səfər həmçinin Cənubi Qafqazda ABŞ-Azərbaycan tərəfdaşlığını möhkəmləndirmək və regional iqtisadi əməkdaşlıq imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.