Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ və İsrailin İrana qarşı əməliyyatlarının gündəlik xərci açıqlanıb

İlk hesablamalara görə, əməliyyatların ilk 24 saatında xərclər 1,4 milyard dolları ötüb, münaqişənin uzanması isə əlavə maliyyə yükü yaradır

75

ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hərbi əməliyyatların iqtisadi yükü açıqlanmağa başlayıb.
İlkin qiymətləndirmələrə görə, əməliyyatların ilk 24 saatında ABŞ ordusunun xərci təxminən 779 milyon dollar təşkil edib.
Hərbi təyyarələrin bölgəyə göndərilməsi və çoxsaylı dəniz vasitələrinin yerləşdirilməsi əlavə olaraq təxminən 630 milyon dollara başa gəlib. Hər bir aviadaşıyıcı qrupunun bölgədəki gündəlik istismar xərci isə təxminən 6,5 milyon dollar qiymətləndirilir.
Onlayn hesablamalara əsasən, müharibənin ümumi dəyəri artıq 2 milyard 276 milyon dollar səviyyəsinə yaxınlaşıb. Saatlıq xərclər təxminən 9,16 milyon dollar, gündəlik isə 220 milyon dollar civarındadır.
Münaqişənin davam etməsi xərclərin daha da artacağı ilə bağlı proqnozlara səbəb olur. Eyni zamanda, qlobal bazarlarda neft və qızıl qiymətlərində yüksəliş müşahidə edilir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.