Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ ordusu Meksika sərhədində nəzarəti gücləndirir

Texas boyunca 306 kilometrlik zona patrul xidmətinə cəlb olunub; hərbi nəzarət qanunsuz miqrantlara qarşı tədbirləri sərtləşdirir

32

ABŞ Hərbi Hava Qüvvələri Meksika ilə sərhədin 300 kilometrdən çox hissəsində patrul xidmətini gücləndirib.

“Defense One” saytının məlumatına görə, ABŞ ordusu Rio Qrande çayı boyunca təxminən 306 kilometr uzunluğunda Texas sərhədində nəzarəti təmin edib. Bu addım qanunsuz miqrantlarla mübarizəni genişləndirməyə və onlara tətbiq edilən cəzaları sərtləşdirməyə imkan verir. Hərbi nəzarət zonalarının yaradılması ərazini faktiki hərbi baza səviyyəsinə çatdırır və ordunun patrul xidmətini sərbəst şəkildə həyata keçirməsinə şərait yaradır. Qaydaları pozan şəxslər isə hərbi obyektə qanunsuz daxil olmaqda ittiham oluna bilər.

Qeyd olunur ki, 2025-ci ilin aprelindən etibarən ABŞ administrasiyası Meksika sərhədi boyunca Arizona, Kaliforniya, Nyu-Meksiko və Texasda oxşar hərbi nəzarət zonaları yaradıb. Hazırkı administrasiya ABŞ-a son illərdə təxminən 25 milyon insanın qanunsuz daxil olduğunu açıqlayıb. Eyni zamanda, 2025-ci ildə ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.