Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ İrana qarşı aviadaşıyıcı gəmilərini hazır vəziyyətə gətirir

Dinc etiraz aksiyaları zorakılıqla yatırılarsa, ABŞ “Theodore Roosevelt” və ya “Abraham Lincoln” gəmilərini regiona yönəldə bilər

121

“Forbes” nəşri ABŞ-ın İranda etirazçıların öldürülməsi və onlara qarşı sərt təzyiqlər halında bölgəyə aviadaşıyıcı gəmilər göndərmək ehtimalını araşdırıb. Mənbələr bildirib ki, digər gəmilərin istifadəsi ilə bağlı məhdudiyyətlər mövcud olduğundan, ən real variant 2025-ci ilin noyabrında regiona göndərilən “USS Theodore Roosevelt” gəmisinin yenidən Yaxın Şərqə yönəlməsidir. Alternativ olaraq “USS Abraham Lincoln” gəmisinin də istifadəsi mümkündür.

“Forbes” qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı gəmiləri sürətlə bölgəyə yönəldə və İrana qarşı mümkün əməliyyatlara dəstək verə bilər.

“Sky News” məlumat verir ki, Venesuelada Nikolas Maduronun devrilməsindən sonra ABŞ-nin digər regionlara – o cümlədən İran, Kolumbiya, Meksika və Qrenlandiyaya müdaxilə ehtimalı güclənib. Mənbələr ABŞ Prezidenti Donald Trampın Venesueladakı hərbi əməliyyatını dünya ictimaiyyətinə mesaj olaraq qiymətləndirir.

İran isə iqtisadi çətinliklər və artan beynəlxalq təzyiq fonunda həssas vəziyyətdədir. Mənbə əlavə edib ki, yanvarın 5-də ABŞ xüsusi təyinatlı qüvvələri və döyüş təyyarələrinin İrana mümkün hücum məqsədilə Avropaya göndərilməsi xəbərləri yayıldı.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.