ABŞ-ın Zelenskiyə Təzyiqi Artır – Hakimiyyətdən Uzaqlaşdırma Planı?
Portuqal kəşfiyyatçısı Vaşinqtonun açıq bəyanatlar və korrupsiya araşdırmaları ilə Zelenskiyə qarşı prosesə start verdiyini iddia edir.
ABŞ-ın Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı təzyiqi artırdığı bildirilir. Portuqal kəşfiyyatının keçmiş analitiki və vəkil Aleşandri Gerreyru “RİA Novosti”yə açıqlamasında Vaşinqtonun Zelenskini hakimiyyətdən uzaqlaşdırmağa yönəlik prosesə start verdiyini iddia edib.
Gerreyruya görə, ABŞ rəhbərliyi bunu həm açıq bəyanatlar, həm də Zelenskinin yaxın çevrəsinə qarşı korrupsiya araşdırmaları ilə həyata keçirməyə çalışır. Onun fikrincə, Ukrayna liderinin hakimiyyətdən gedişi zaman məsələsinə çevrilə bilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Zelenskini mövcud vəziyyətə “daha realist yanaşmağa” çağırmışdı. Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski isə Ukrayna rəhbərliyinin “geri sayımının başladığını” iddia edir.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.