Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ–Ermənistan əməkdaşlığında yeni mərhələ

Vaşinqton Ermənistanın enerji təhlükəsizliyi üçün 9 milyard dollarlıq investisiya planını açıqladı

30

ABŞ Ermənistanın enerji sektoruna iri həcmli investisiya yatırmağa hazırlaşır.
ABŞ və Ermənistan hökumətləri nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə əməkdaşlıq sazişi ilə bağlı danışıqların başa çatdığını açıqlayıblar.

Teleqrafın məlumatına görə, bu barədə ABŞ-ın vitse-prezidenti Cey Di Vens İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən birgə brifinqdə danışıb.

Vensin sözlərinə görə, razılaşmanın reallaşması Amerika və Ermənistan şirkətləri arasında yeni layihələr üçün geniş imkanlar yaradacaq. İlkin mərhələdə təxminən 5 milyard dollar, növbəti mərhələdə isə əlavə 4 milyard dollar investisiyanın cəlb olunması nəzərdə tutulur. O bildirib ki, bu əməkdaşlıq hər iki ölkə üçün enerji təhlükəsizliyi və sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.

ABŞ vitse-prezidenti qeyd edib ki, layihələr çərçivəsində həm Ermənistanda, həm də ABŞ-də yeni iş yerləri açılacaq. Söhbət Amerika texnologiyalarına əsaslanan kiçik modul nüvə reaktorlarından gedir. Vens vurğulayıb ki, ABŞ nadir hallarda öz qabaqcıl texnologiyalarını başqa ölkələrə ixrac edir və bu addım Ermənistan rəhbərliyinə göstərilən etimadın göstəricisidir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.