Bizimlə həyatınız həmişə işıqlı olacaq!

ABŞ 75 ölkənin miqrant vizalarını dayandırır

Qərar işçi, tələbə, turist və diplomatik vizalara şamil edilmir – yalnız birdəfəlik köçmək üçün miqrant vizaları dayandırılacaq.

129

ABŞ Dövlət Departamenti 75 ölkənin vətəndaşları üçün miqrant viza müraciətlərinin müvəqqəti dayandırılacağını açıqlayıb. Qərar 21 yanvar tarixindən qüvvəyə minəcək, dayandırmanın müddəti isə hələ açıqlanmayıb. Siyahıya Azərbaycan, Rusiya, İran, Braziliya və Somali kimi ölkələr daxildir.

Milli Məclisin ABŞ-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun sədri Səməd Seyidov bildirib ki, qərar işçi, tələbə, turist və diplomatik vizalara şamil edilmir. Dayandırılan yalnız ABŞ-yə birdəfəlik köçmək istəyən miqrant vizası üçün müraciətlərdir.

Azərbaycanın siyahıya daxil edilməsinin səbəbini isə yalnız ABŞ Dövlət Departamenti açıqlaya bilər, – deyə Seyidov əlavə edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.