9 illik bazadan kolleclərə qəbul üçün yeni seçim mərhələsi başladı
Abituriyentlər sentyabrın 3-dək 12-dək ixtisas kodu seçə bilərlər
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 29-dan sentyabrın 3-dək ixtisas seçimi elan edib. Bu barədə qurum rəsmi məlumat yayıb.
Məlumata görə, müsabiqədə iştirak üçün abituriyentlərin qəbul imtahanında topladıqları ümumi balın 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balın 20-dən, riyaziyyat fənni üzrə balın isə 10-dan az olmaması tələb olunur.
Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə yalnız ümumi balı 50-dən az olmayan və qabiliyyət imtahanından “məqbul” nəticə alan abituriyentlər buraxılırlar. “Xoreoqrafiya sənəti (sahələr üzrə)” və “Rəqs müəllimliyi” ixtisasları üzrə isə ümumi balı 30-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyentlər həm dövlət hesabına, həm də ödənişli əsaslarla 12-dək ixtisas kodunu seçə bilərlər. Bunun üçün onlar DİM-in elektron sistemi vasitəsilə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidirlər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.