Bizimlə həyatınız həmişə işıqlı olacaq!

7 azərbaycanlı gənc Küveytdə ali təhsil şansı qazandı

Tələbələrin bütün xərcləri Küveyt dövləti tərəfindən qarşılanacaq

18

2025/2026-cı tədris ili üçün Küveyt Dövlətinin elan etdiyi təqaüd proqramına Azərbaycan vətəndaşları da qoşulub. Seçim mərhələsinin nəticələrinə əsasən, 7 azərbaycanlı tələbə Küveyt Universitetində təhsil almaq hüququ əldə edib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, tələbələr əvvəlcə universitetin Dillər Mərkəzində birillik ərəb dili üzrə hazırlıq kursuna cəlb olunacaqlar. Hazırlıq mərhələsini uğurla başa vuran gənclər seçdikləri ixtisas üzrə əsas təhsillərinə davam edəcəklər.

Proqram çərçivəsində tələbələrin təhsil haqları, yaşayış və beynəlxalq nəqliyyat xərcləri tam şəkildə Küveyt dövləti tərəfindən maliyyələşdiriləcək. Bu imkan azərbaycanlı gənclərin həm akademik biliklərini artırmasına, həm də yeni mədəni mühitdə təcrübə qazanmasına şərait yaradacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.