Browsing monthly archive

Mart 2026

Orduda 8 Mart Bayramı: Qadın hərbçilər təntənə ilə təbrik olundu

Azərbaycan Ordusunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Bayram proqramlarında qadın hərbi qulluqçular, mülki işçilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın müdafiə […]

Mingəçevirdə mənzildə kişi meyiti tapıldı

Mingəçevirdə yaşayış mənzillərindən birində kişi meyiti aşkarlanıb. Unikal-a  istinadən bildiririk ki, hadisə Energetiklər yaşayış massivində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. İlkin araşdırma zamanı meyitin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Hazırda mərhumun şəxsiyyəti və ölümün dəqiq səbəbi müəyyənləşdirilir. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir

Dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Qadın hərəkatının kökləri 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil işçiləri olan qadınların 12 saatlıq iş gününə etiraz aksiyasına dayanır. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi isə Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında (Kopenhagen) qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci […]

ABŞ və İsrail Tehranın cənubundakı neft anbarlarına hücum edib

Bir sıra media orqanları ABŞ və İsrailin İranın Tehranın cənubunda yerləşən neft anbarlarına qarşı hava hücumları həyata keçirdiyini xəbər verib. Bu iddialar Fars xəbər agentliyinə istinadən yayılıb. Məlumatlara görə, hücumlar çərçivəsində raket və hərbi hava zərbələri də istifadə olunub və məqsəd neft anbarlarının yerləşdiyi əraziləri hədəfə almaq olub. Hələlik hücumlar nəticəsində maddi ziyan və ya […]

Moskvada Azərbaycan səfirliyinin avtomobili qəzaya uğrayıb

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinə məxsus diplomatik nömrəli avtomobil yol-nəqliyyat hadisəsinə səbəb olub. Hadisə martın 7-si, təxminən saat 17:00 radələrində Kolumbus ticarət mərkəzindən əsas yola çıxan çıxışın yaxınlığında baş verib. Səfirliyin açıqlamasında bildirilib ki, digər nəqliyyat vasitəsinin sürücüsü “Yol ver” nişanına tabe olmayaraq əsas yolda hərəkət edən diplomatik avtomobili arxadan vurub. Zərbə nəticəsində avtomobil “Prajskaya” metro […]

Prezident İlham Əliyev qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevin sosial media hesablarında 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib Paylaşımı təqdim edirik: Hörmətli xanımlar! Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan xalqı qadın adını hər zaman zərifliyin, gözəlliyin, ülviyyətin rəmzi bilmiş və ona dərin ehtiram göstərmişdir. Mübarizələrlə dolu böyük […]

Dubayda göydələn yaxınlığında güclü partlayış baş verib

Dubay şəhərində yerləşən Marina 23 göydələni yaxınlığında güclü partlayış baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə 90 mərtəbəli binanın 88-ci mərtəbəsindən tüstü qalxdığı görünür. RIA Novostinin məlumatına görə, göydələnin ehtimal olunan İran pilotsuz uçuş aparatı tərəfindən hədəfə alındığı bildirilir. Hadisə yerinə şəhərin məşhur turizm zonasında fəaliyyət göstərən operativ və fövqəladə xidmətlər cəlb olunub. Xilasedicilər binadakı insanları […]

Sabah Ramazanın ilk Qədr gecəsi qeyd olunacaq

Sabah Azərbaycanda Ramazan ayının ilk Qədr (Əhya) gecəsi keçiriləcək. Bu il ilk Qədr gecəsi martın 8-dən 9-na keçən gecəyə təsadüf edir. Ramazan ayının növbəti Qədr gecələri isə martın 10-u, 12-si və 16-sına düşür. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı martın 20 və 21-də qeyd olunacaq.

İsrailin Livanda əməliyyatı: onlarla ölən və yaralanan var

Livanda, ölkənin şərqində yerləşən Nəbi Şit şəhəri yaxınlığında İsrail qüvvələrinin keçirdiyi əməliyyat zamanı 29 nəfər həyatını itirib, 35-dən çox şəxs isə yaralanıb. Bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb. Məlumata görə, İsrailin komando dəstəsi 1986-cı ildə əsir götürülmüş israilli şturman Ron Aradın qalıqlarını tapmaq məqsədilə dörd helikopterlə Nəbi Şit yaxınlığındakı dağlıq əraziyə eniş edib. Hərbçilər pilotun […]