Browsing monthly archive

Mart 2026

Azərbaycan Türkiyəyə raket hücumunu sərt şəkildə pislədi

  Azərbaycan Müdafiə Nazirliyi Türkiyə ərazisinə yönəlmiş və Qaziantep üzərində zərərsizləşdirilən raket hücumu ilə bağlı bəyanat yayıb. Nazirlik bu cür addımların regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratdığını bildirərək hadisəni qətiyyətlə pisləyib. Bəyanatda vurğulanıb ki, Azərbaycan qardaş Türkiyə Respublikası ilə tam həmrəylik nümayiş etdirir və ölkə rəhbərliyinin əhalinin və ərazi bütövlüyünün qorunması istiqamətində gördüyü tədbirləri […]

Türkiyəyə raket hücumu yenidən baş verdi

İran növbəti dəfə Türkiyə istiqamətində ballistik raket buraxıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, raket Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemi tərəfindən havada zərərsizləşdirilib. Təhlükə aradan qaldırılsa da, raketin qəlpələri Qaziantep bölgəsində boş ərazilərə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Nazirlik bəyan edib ki, Türkiyə mehriban […]

Təhlükəsizlik xəbərdarlığı

ABŞ vətəndaşlarına Türkiyənin cənub-şərqini tərk etməyi tövsiyə edib və bəzi əməkdaşlarını Adanadakı konsulluqdan çıxarmağa başlayıb. Bu barədə ABŞ-nin Ankaradakı səfirliyi məlumat yayıb. Bildirilib ki, Vaşinqton Adana şəhərində NATO bazası yaxınlığında yerləşən konsulluğunda çalışan vacib olmayan əməkdaşların binanı tərk etməsini tövsiyə edib. Eyni zamanda ABŞ vətəndaşlarına Türkiyənin cənub-şərq bölgələrini tərk etmək çağırışı olunub. Qərarın təhlükəsizlik riskləri […]

İranda rəhbərlik dəyişikliyi sonrası ilk mesaj

İranın yeni ali rəhbəri Müctəba Xamenei xalqa müraciət etməyə hazırlaşır. Bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, Müctəba Xameneinin vəzifəyə təyin olunduqdan sonra edəcəyi ilk çıxışın mətni yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq.

Buraxılış imtahanı ölkə üzrə təşkil edildi

DİM tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı təşkil edib. Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 bina və 4311 imtahan zalı ayrılıb. Prosesin idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılış rejimi əməkdaşı (mühafizə) və 236 bina nümayəndəsi cəlb edilib. İmtahanda 52 nəfər […]

Fransa və İran liderləri telefon danışığı aparıb

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti Məsud Pezeşkyan telefon danışığında əlaqə saxlamaq barədə razılığa gəliblər. Makron danışıqdan sonra sosial şəbəkədə yazıb: “Əlaqə saxlamağa razılaşdıq”. Fransa lideri hazırda Fransanın səfirliyində olan Sesil Koler və Jak Parisin təhlükəsizliyi və Fransaya qayıtmasının prioritet olduğunu vurğulayıb. O, İranı region ölkələrinə hücumları dərhal dayandırmağa və Hörmüz boğazında naviqasiya azadlığını […]

Venesuela ABŞ ilə iqtisadi və siyasi əlaqələrini gücləndirdi

Venesuela ABŞ-a 100 milyon dollarlıq qızıl göndərdi və yeni hökumət tanındı Venesuela ABŞ-a 100 milyon dollar dəyərində qızıl tədarük edib. ABŞ-ın daxili işlər naziri Duqlas Berqam bildirib ki, qiymətli metal 6 mart tarixində ölkəyə çatdırılıb. Rusiya mətbuatına istinadla məlumat verilir ki, qızıl sənaye və kommersiya məqsədləri üçün istifadə olunacaq. Razılaşmaya əsasən, Venesuelanın dövlət şirkəti “Minerven” […]

İranın Ekspertlər Şurası yeni Ali Lider seçimini açıqladı

İranın 88 ruhanidən ibarət Ekspertlər Şurasında əksəriyyətin səsi ölkənin mərhum Ali Lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xameneiyə verilib. Ekspertlər Şurasının üzvlərindən biri “Pars Today” qəzetinə bildirib ki, liderlik vəzifəsi üçün seçim artıq keçirilib və yeni Ali Rəhbər müəyyən edilib. Səsvermə “uzaqdan seçki” üsulu ilə aparılıb, yəni üzvlər ayrı-ayrılıqda zəng edilərək rəyləri toplanıb. Müctəba Xamenei […]

Türkiyə Şimali Kiprə altı F-16 təyyarəsi göndərəcək

Türkiyə 9 mart tarixində Şimali Kipr Türk Respublikasına altı F-16 qırıcı təyyarəsi göndərəcək. “Cumhuriyet” qəzetinin məlumatına görə, Şimali Kipr Mülki Aviasiya İdarəsinin rəis müavini Aşkın Meşeli bildirib ki, təhlükəsizlik səbəbi ilə döyüş təyyarələri səhər saatlarında yerləşdiriləcək və bu, mülki uçuşlara təsir etməməlidir. Martın 7-də Türkiyə Müdafiə Nazirliyindən verilən məlumatda, Şimali Kiprə F-16-lərin göndərilməsinin mümkünlüyü qeyd […]

İrandan Azərbaycana təxliyə həyata keçirilib

28 fevral saat 08:00-dan 8 mart saat 18:00-dək İrandan Azərbaycana ümumilikdə 1899 nəfər təxliyə olunub. Onlardan 314 nəfəri Azərbaycan vətəndaşıdır. Bundan əlavə, digər ölkələrdən təxliyə edilənlər belədir: Çin – 538, Rusiya – 290, Tacikistan – 173, Pakistan – 123, Oman – 57, İtaliya – 44, İndoneziya – 32, İspaniya və İran – hər biri 26, […]