Browsing monthly archive

Mart 2026

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi

İran Küveytdəki ABŞ bazasına zərbə endirdi “Pars Today” qəzetinin məlumatına görə, Küveytdəki Əl-Salimdəki Amerika hərbi bazası tamamilə məhv edilib. Eyni zamanda, ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki Beşinci Donanma bazası “Xorrəmşəhr-4” raketi ilə hədəfə alınıb və burada çoxsaylı partlayışlar baş verib. Bundan əlavə, İraqın Ərbil şəhərində yerləşən ABŞ hərbi bazasında da partlayış qeydə alınıb. Tasnim Agentliyi […]

İrandan Azərbaycan sərhədi vasitəsilə 615 nəfər təxliyə edilib

Fevralın 28-dən martın 3-ü saat 10:00-a qədər sərhədi 157 Azərbaycan vətəndaşı keçib. Bundan başqa, digər ölkələrdən də vətəndaşlar təxliyə olunub: Çin – 150, Rusiya – 127, Pakistan – 66, Tacikistan – 52, Səudiyyə Ərəbistanı – 18, Gürcüstan – 7, BƏƏ – 6, Serbiya – 5, İordaniya – 4, Qətər – 3, Banqladeş – 3, Filipin […]

Mayk Uolts: Tramp 47 illik qarşıdurmaya son qoymağa çalışır

“Donald Tramp ABŞ–İran qarşıdurmasına son qoyur” Bu fikri ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts səsləndirib. Diplomat “Fox News” telekanalına müsahibəsində Vaşinqtonla Tehran arasında illərdir davam edən gərginliyi “47 illik müharibə” kimi dəyərləndirib. Onun sözlərinə görə, bu qarşıdurma Cimmi Karterin prezidentliyi dövründə başlayıb və İranın ABŞ-yə qarşı uzunmüddətli düşmənçilik siyasətindən qaynaqlanır. Uolts qeyd edib ki, Tramp […]

“Azeri Light” dünya bazarında bahalaşdı

Dünya bazarlarında Azərbaycanın “Azeri Light” markalı xam neftinin qiymətində artım qeydə alınıb. Bir barelin dəyəri 6,85 ABŞ dolları və ya 9,42% yüksələrək 72,78 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 21 aprel 2020-ci ildə 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyul ayında 149,66 dollar səviyyəsində qeydə alınıb.

Neft qiymətlərində artım

Londonun ICE birjasında “Brent” markalı neft üzrə fyuçers müqavilələrinin qiyməti 2,48% yüksələrək 79,66 dollara çatıb. Eyni zamanda, Nyu-Yorkdakı NYMEX əmtəə birjasında WTI markalı xam neftin bir bareli 1,99% bahalaşıb. Beləliklə, WTI nefti 72,64 dollar səviyyəsində alınıb-satılıb.

Valyuta bazarında dəyişiklik: Avro və rubl ucuzlaşdı

Mərkəzi Bankın açıqladığı bu günkü rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının kursu dəyişməyərək 1,7000 manat səviyyəsində qalıb. Türk lirəsi də manat qarşısında sabit qalıb və 100 lirə 3,87 manat təşkil edib. Bununla yanaşı, avronun məzənnəsi 1,9857 manata düşüb. 100 Rusiya rublu isə 2,1942 manatadək ucuzlaşıb.

İsrailin Livana hücumları bir gündə 52 nəfərin ölümünə səbəb oldu

Bazar ertəsi günü İsrailin Livanın müxtəlif bölgələrinə həyata keçirdiyi hava zərbələri nəticəsində 52 nəfər ölüb, 154 nəfər yaralanıb. Bu məlumatı respublika hökumətinin Fövqəladə Hallar Mərkəzi yayıb. Hadisələr martın 1-dən bazar ertəsinə keçən gecə baş verib. Hesabatda qeyd olunur ki, İsrailin bazar ertəsi gecəsindən başlayaraq davam edən hava hücumları bir gündə əlli iki nəfərin həyatına son […]

Qətər İran təyyarələrini və raketlərini vurdu

Qətər Müdafiə Nazirliyi bəyan edib ki, İran tərəfindən göndərilən iki Su-24 qırıcı təyyarə, yeddi ballistik raket və beş dron ölkənin hava və dəniz qüvvələri tərəfindən uğurla məhv edilib. Nazirliyin açıqlamasında bildirilir ki, yüksək hazırlıq səviyyəsi və müvafiq qurumlar arasında koordinasiya sayəsində Qətər Hərbi Hava Qüvvələri iki Su-24 təyyarəsini qarşılayıb. Hava hücumundan müdafiə sistemləri ölkəyə yönəlmiş […]

Bəhreyndə otelə dron zərbəsi: İki amerikalı hərbçi yaralandı

Bəhreyndəki bir otelə İran dronunun endirdiyi zərbə nəticəsində iki ABŞ hərbçisi xəsarət alıb. Bu barədə məlumatı The Washington Post ABŞ Dövlət Departamentinin açıqlamasına istinad edərək yayıb. Açıqlamada bildirilir ki, xəsarət alanlar ABŞ Müdafiə Nazirliyinin əməkdaşlarıdır. Digər təfərrüatlar hələ açıqlanmayıb.

Volodimir Zelenskidən Yaxın Şərq ölkələrinə dron dəstəyi açıqlaması

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ərəb ölkələrinin liderləri Moskvanı atəşkəsə razı sala bilsələr, Ukrayna Yaxın Şərq dövlətlərinə İranın “Şahed” dronlarına qarşı yardım göstərə bilər. Zelenski vurğulayıb ki, həmin regionun liderləri Rusiyaya münasibətdə müsbət mövqedədirlər və bir aylıq atəşkəs elan etməsini tələb edə bilərlər. Atəşkəs təsdiqləndikdən sonra Ukrayna özündə ən peşəkar dron operatorlarını həmin ölkələrə […]