Browsing daily archive

Mart 11, 2026

ABŞ Hörmüz boğazında İranın 16 hərbi gəmisini məhv etdiyini açıqlayıb

ABŞ hərbi qüvvələri Hörmüz boğazında mümkün mina yerləşdirilməsi təhlükəsi ilə bağlı əməliyyat keçirərək İranın 16 hərbi gəmisini məhv edib. Axios-un məlumatına görə, ABŞ-ın yüksək rütbəli rəsmilərindən biri bildirib ki, zərbələr hazırda aktiv olmayan gəmilərə endirilib. Bu addım İranın planlaşdırdığı əməliyyatlarla bağlı əldə olunan kəşfiyyat məlumatları əsasında qabaqlayıcı tədbir kimi həyata keçirilib.

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Dünya enerji bazarlarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb. Son məlumata görə, bir barel neftin dəyəri 12,69 ABŞ dolları və ya 12,32 faiz aşağı düşərək 90,34 ABŞ dollarına enib. Xatırladaq ki, “Azeri Light” neftinin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də – 15,81 ABŞ dolları olub. Bu markalı neftin ən yüksək […]

Rusiyadan Ermənistana növbəti taxıl partiyası Azərbaycandan tranzit keçəcək

Bu gün Rusiyadan Ermənistana göndərilən növbəti taxıl partiyası Azərbaycan ərazisindən tranzit keçməklə yola salınacaq. Ermənistana çatdırılacaq taxılın ümumi çəkisinin 1023 ton olduğu bildirilir. Yük 11 vaqondan ibarət qatarla daşınacaq. Qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından hərəkətə başlayacaq. Daha sonra o, “Böyük Kəsik” stansiyasına çataraq Gürcüstan ərazisinə daxil olacaq və buradan Ermənistan istiqamətində yolunu davam […]