Browsing daily archive

Mart 10, 2026

İranda ABŞ və İsrail hücumları sonrası insan tələfatı

ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində İranda 1 255 nəfərin həyatını itirdiyi, 12 mindən çox insanın isə yaralandığı bildirilib. Bu məlumatı İranın səhiyyə nazirinin müavini Əli Cəfərian açıqlayıb. O, bölgədə vəziyyətin hələ də gərgin olduğunu və tibbi xidmətlərin gücləndirilmiş rejimdə fəaliyyət göstərdiyini qeyd edib.

NATO Türkiyədə “Patriot” sistemi quraşdırdı

İrandan atılan iki ballistik raketdən sonra Türkiyənin Malatya şəhərinə “Patriot” hava hücumundan müdafiə sistemi yerləşdirilib. Bu barədə Türkiyə Müdafiə Nazirliyi açıqlama yayıb. Rəsmi açıqlamada bildirilir ki, “Milli səviyyədə həyata keçirilən tədbirlərə əlavə olaraq, NATO tərəfindən də hava və raket hücumlarından qorunma səyləri gücləndirilib. Bu çərçivədə, hava məkanının müdafiəsini dəstəkləmək üçün bir “Patriot” sistemi Malatyada fəaliyyətə […]

Milli Məclisin Toponimiya komissiyası iclas keçirəcək

Sabah saat 10:00-da Milli Məclisin Toponimiya Komissiyası növbəti iclasını keçirəcək.Xatırladaq ki, Toponimiya Komissiyası Milli Məclisin tabeliyində fəaliyyət göstərən qurumlardan biridir və ölkədə coğrafi adların tənzimlənməsi işlərini həyata keçirir. Komissiyanın əsas vəzifəsi toponimləri elmi prinsiplərə uyğun şəkildə müəyyən etmək, düzgün yazılışını təmin etmək və milli tarixə hörmətlə qorumaqdır.

Səudiyyə Ərəbistanı Ordusu hava hücumlarını əngəllədi

Səudiyyə Ərəbistanının hərbi qüvvələri ölkənin hava sahəsində bir pilotsuz uçuş aparatını (PUA) neytrallaşdırıb. Bu barədə məlumatı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi yayıb.Bildirilir ki, hadisə Əl-Xarc əyalətinin şərq hissəsində baş verib. Eyni zamanda, Ər-Riyad əyalətindəki Əz-Zülf şəhərində bir PUA yaşayış sahəsinə düşüb, nəticədə yalnız məhdud miqdarda maddi ziyan yaranıb, xəsarət alan olmayıb.

Trampın Müctəba Xamenei ilə bağlı şərti açıqlanıb

Müctəba Xameneinin hakimiyyətdə qalması ilə bağlı Trampın şərti açıqlanıb ABŞ və İsrailin, güzəştə getməyən İranın yeni ali rəhbəri Müctəba Xameneiyə qarşı mümkün tədbirləri nəzərdən keçirdiyi iddia olunur. Bu barədə The Wall Street Journal ABŞ rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ prezidenti Donald Trump yaxın çevrəsinə bildirib ki, əgər Müctəba Xamenei Vaşinqtonla kompromisə getmək niyyətində […]

Tehrandakı nüvə laboratoriyalarına zərbə endirildiyi iddia olunur

İsrail Hərbi Hava Qüvvələrinin gecə saatlarında İranın paytaxtı Tehranda yerləşən nüvə laboratoriyalarına zərbələr endirdiyi bildirilir. Bu barədə Channel 12 mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilib və hədəf kimi nüvə proqramı ilə əlaqəli obyektlər seçilib. Hadisə ilə bağlı İran tərəfi hələlik rəsmi açıqlama verməyib.

Özbəkistanda bayram hazırlıqları başlayıb

Ölkə Prezidenti Shavkat Mirziyoyev Novruzun qeyd olunması və bayram tədbirlərinin təşkili ilə bağlı xüsusi tədbirlər planını təsdiqləyib. Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Sənədə görə, bayram ərəfəsində respublikanın müxtəlif bölgələrində genişmiqyaslı mədəni və əyləncəli proqramlar, eləcə də ümumxalq iməcilikləri təşkil ediləcək. Bununla yanaşı, proqram çərçivəsində ağacəkmə aksiyaları, sərgilər, idman yarışları və digər kütləvi […]

Qlobal enerji bazarında qiymət artımı

Dünya enerji bazarında “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində artım müşahidə olunub. Bir barel Azərbaycan neftinin dəyəri 8,41 ABŞ dolları və ya 8,89 faiz yüksələrək 103,03 ABŞ dollarına çatıb. Xatırladaq ki, “Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci ilin 21 aprel tarixində – 15,81 ABŞ dolları səviyyəsində qeydə alınıb. Bu neftin tarixdə ən yüksək […]

Təbii qazın qiyməti beynəlxalq birjalarda artdı

Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçerslərin qiyməti artım göstərib. Əmtəə bazarlarında təbii qazın 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə fyuçers kontraktlarının dəyəri 0,37% yüksələrək 3,1316 ABŞ dollarına çatıb. Eyni zamanda, Niderlandın “Title Transfer Facility” (TTF) qaz ticarət platformasında da qiymətlər artıb. Burada qazın bir meqavat-saatının qiyməti 4,63% bahalaşaraq […]

Yel çərşənbəsi təbiətin oyanışını və yazın nəfəsini müjdələyir

Yel çərşənbəsi Novruz bayramına aparan dörd ilaxır çərşənbədən üçüncüsüdür və xalq inanclarında havanın, küləyin oyanmasını simvolizə edir. Xalq arasında bu günə “Külək çərşənbəsi” də deyilir. İnanclara görə, məhz bu vaxt təbiətdə yel hərəkətə gəlir, torpaq nəfəs almağa başlayır və baharın gəlişi daha aydın hiss olunur. Qədim təsəvvürlərdə qışın sərt və şaxtalı havasının tədricən geri çəkildiyi, […]