Browsing daily archive

Mart 8, 2026

Tehran müharibənin dayandırılmasına hazır deyil

İran hazırda hərbi qarşıdurmanın dayandırılması ilə bağlı şərtlərin müzakirəsinə hazır olmadığını açıqlayıb. Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi NBC News telekanalına müsahibəsində danışıb. Nazir bildirib ki, rəsmi Tehran münaqişənin başa çatdırılması üçün danışıqlara başlamaq mərhələsinə hələ gəlib çatmadığını düşünür. “Biz hələ həmin nöqtədə deyilik”, – deyə o, müharibənin hansı şərtlərlə bitə biləcəyi barədə […]

Tramp: İranın Hərbi Potensialı Tükənir

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini bildirib. O, bu barədə CBS News telekanalına müsahibəsində danışıb. Ağ Evin rəhbəri qeyd edib ki, İranda demək olar bütün əsas hərbi obyektlər sıradan çıxarılıb. Onun sözlərinə görə, Tehranın arsenalında artıq çox az sayda raket qalıb. Prezident əlavə edib ki, pilotsuz uçuş aparatları və onların istehsal […]

Sabah 11 illik təhsil üzrə buraxılış imtahanı keçiriləcək

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı ilin ilk buraxılış imtahanı təşkil olunacaq. Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahan saat 11:00-da başlayır. İmtahana giriş saat 10:45-də başa çatır və bu vaxtdan sonra gələn iştirakçılar binaya buraxılmır. Şagirdlərin rahat daxil olması üçün hər iştirakçıya fərqli giriş vaxtı təyin edilib və bu məlumat buraxılış […]

ABŞ senatorundan sərt ittiham

ABŞ senatoru Kris Merfi İranda qızlar məktəbinə endirilən zərbəni kəskin tənqid edib və hadisəni bağışlanmaz səhv adlandırıb. Konnektikut ştatını təmsil edən demokrat senator bu barədə CNN telekanalına müsahibəsində danışıb. Onun sözlərinə görə, İranın Minab şəhərində yerləşən qızlar üçün təhsil müəssisəsinə edilən hücumun ABŞ tərəfindən həyata keçirildiyi ehtimalı yüksəkdir və bu, ciddi yanlış qərardır. “Böyük ehtimalla […]

Makron İlham Əliyevə Zəng Etdi

Fransa Respublikasının Prezidenti Emmanuel Makron martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Fransa lideri İranın Azərbaycana qarşı həyata keçirdiyi hava hücumu ilə bağlı ölkəsinin Azərbaycanla həmrəy olduğunu və dəstəyini ifadə edib. O, eyni zamanda İranda olan Fransa vətəndaşlarının Azərbaycan üzərindən təxliyəsinə göstərilən köməyə görə təşəkkürünü çatdırıb. […]

Orduda 8 Mart Bayramı: Qadın hərbçilər təntənə ilə təbrik olundu

Azərbaycan Ordusunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Bayram proqramlarında qadın hərbi qulluqçular, mülki işçilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın müdafiə […]

Mingəçevirdə mənzildə kişi meyiti tapıldı

Mingəçevirdə yaşayış mənzillərindən birində kişi meyiti aşkarlanıb. Unikal-a  istinadən bildiririk ki, hadisə Energetiklər yaşayış massivində yerləşən çoxmərtəbəli binalardan birində qeydə alınıb. İlkin araşdırma zamanı meyitin üzərində zorakılıq izlərinə rast gəlinməyib. Hazırda mərhumun şəxsiyyəti və ölümün dəqiq səbəbi müəyyənləşdirilir. Faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd edilir

Dünyada 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur. Qadın hərəkatının kökləri 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində tekstil işçiləri olan qadınların 12 saatlıq iş gününə etiraz aksiyasına dayanır. Beynəlxalq Qadınlar Gününün bayram kimi qeyd edilməsi isə Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq Konfransında (Kopenhagen) qərara alınıb. Qadınlar günü ilk dəfə 1911-ci […]

ABŞ və İsrail Tehranın cənubundakı neft anbarlarına hücum edib

Bir sıra media orqanları ABŞ və İsrailin İranın Tehranın cənubunda yerləşən neft anbarlarına qarşı hava hücumları həyata keçirdiyini xəbər verib. Bu iddialar Fars xəbər agentliyinə istinadən yayılıb. Məlumatlara görə, hücumlar çərçivəsində raket və hərbi hava zərbələri də istifadə olunub və məqsəd neft anbarlarının yerləşdiyi əraziləri hədəfə almaq olub. Hələlik hücumlar nəticəsində maddi ziyan və ya […]