Xəzərdə növbəti xilasetmə əməliyyatı
Xəzər dənizində mühərriki sıradan çıxan balıqçı qayığının heyət üzvləri operativ müdaxilə nəticəsində xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın ərazi sularında dəniz sərhədlərinin mühafizəsi, su nəqliyyat vasitələrinə nəzarət və axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir. Məlumata əsasən, Sahil Mühafizəsinin Sahil Nəzarəti Bölməsinə “Yamaha-55” markalı, Mİ-912 quyruq nömrəli balıqçı […]