Browsing daily archive

Mart 4, 2026

Deputat şadlıq zallarının azaldılmasını təklif etdi

Deputat Vüqar İskəndərov şadlıq zallarının sayının azaldılaraq onların yerində idman obyektlərinin inşa olunmasını təklif edib. mi-news.az-ın “Report”a istinadən yaydığı məlumata görə, o bu fikirləri Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyalarının nümayəndələri ilə keçirdiyi birgə iclasda səsləndirib. Deputat bildirib ki, son illərdə ölkədə idmana maraq əhəmiyyətli […]

ABŞ-İran münaqişəsi: milyardlarla dollarlıq itki iddiaları

Fevralın 28-dən etibarən İrana qarşı başladılan hərbi əməliyyatlardan sonra ABŞ-ın ciddi maliyyə itkisi ilə üzləşdiyi iddia olunur. Bu barədə açıq mənbələr və peyk görüntüləri əsasında araşdırma aparan Türkiyənin Anadolu Agentliyi məlumat yayıb. Nəşrin təhlilinə görə, İran tərəfinin zərbələri nəticəsində ABŞ-a ümumilikdə təxminən 1,9 milyard dollardan çox ziyan dəyib. Ən böyük itkinin Qətərdə yerləşən hərbi bazada […]

Xəzərdə növbəti xilasetmə əməliyyatı

Xəzər dənizində mühərriki sıradan çıxan balıqçı qayığının heyət üzvləri operativ müdaxilə nəticəsində xilas edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın ərazi sularında dəniz sərhədlərinin mühafizəsi, su nəqliyyat vasitələrinə nəzarət və axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir. Məlumata əsasən, Sahil Mühafizəsinin Sahil Nəzarəti Bölməsinə “Yamaha-55” markalı, Mİ-912 quyruq nömrəli balıqçı […]

Tələbələr üçün nəqliyyatda yeni güzəşt gözlənilir

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə tələbələr üçün nəzərdə tutulan yeni güzəşt mexanizmi ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda 160 minə yaxın tələbə “TələbəPlus” kartından aktiv şəkildə istifadə edir. Gələcək mərhələdə isə bu kart vasitəsilə yalnız müəllimlər deyil, tələbələr də ictimai nəqliyyatda 10 faiz endirimdən yararlana biləcəklər. Nazir müavininin sözlərinə görə, məsələ […]

Pensiya və müavinətlər vaxtından əvvəl ödəniləcək

Qarşıdan gələn Novruz və Ramazan bayramları ilə əlaqədar bu ay pensiya, müavinət və təqaüdlərin vaxtından əvvəl ödənilməsi planlaşdırılır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Məlumata əsasən, martın 6-da Nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə mart ayının pensiyalarının verilməsi nəzərdə […]

Sosial şəbəkə paylaşımlarına görə saxlanılanlar var

Naxçıvanda sosial şəbəkələrdə yayılan paylaşımlarla bağlı polis tərəfindən növbəti tədbirlər görülüb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, “TikTok” platformasında ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə uyğun olmayan görüntülər paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənova müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı onların sosial media hesablarında cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilən məzmunların yayımlandığı təsdiqlənib. Toplanmış […]

İsraildən Tehrana sərt mesaj

İsrailin müdafiə naziri İsrael Katz İrana qarşı sərt açıqlama ilə çıxış edib. Nazir bildirib ki, Tehran rəhbərliyində təyin olunacaq istənilən şəxs İsrailə qarşı siyasəti davam etdirəcəyi təqdirdə hədəf sayılacaq. Onun sözlərinə görə, “İran rejimi İsraili məhv etmək, ABŞ və digər ölkələri təhdid etmək niyyətindən əl çəkməsə, rəhbər postuna gətirilən hər kəs məqsədli şəkildə zərbə riski […]

Geosiyasi risklər qızılı bahalaşdırır

Yaxın Şərqdə, xüsusilə İran ətrafında artan hərbi gərginlik qlobal maliyyə və əmtəə bazarlarında riskləri artırıb. ABŞ və İsrailin İrana endirdiyi zərbələr, eləcə də Tehranın cavab addımları regionda qeyri-müəyyənliyi dərinləşdirib. Bu fonda investorlar riskli alətlərdən uzaqlaşaraq ənənəvi “təhlükəsiz liman” hesab olunan qızıla yönəlirlər. Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanovun Modern.az-a açıqlamasına istinadən  bildiririk ki, […]

Martın 9-da 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanında 58 138 şagirdin iştirakı nəzərdə tutulur. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahan Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami və Pirallahı rayonlarında, həmçinin Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, […]

Minabda həlak olan uşaqlar son mənzilə yola salındı

İrana qarşı həyata keçirilən hücum nəticəsində Minab şəhərində yerləşən qızlar ibtidai məktəbinin vurulması ölkədə dərin hüznə səbəb olub. Hücum zamanı həlak olan uşaqlar üçün kütləvi dəfn mərasimi təşkil edilib. Şəhərdə keçirilən vida mərasimində minlərlə insan küçələrə axışıb. İran bayraqlarına və həyatını itirən qızların şəkillərinə bükülmüş kiçik tabutlar izdihamın çiyinlərində daşınıb. Qara çadra geyinmiş qadınlar yas […]